Almaniya-2019: Birinci sərbəst yürüşlər

Hokkenheymdə hava qızmar olub və sessiya davam etdikcə temperatur da yüksəlib. Asfaltın istiliyi 47 dərəcəyə çatıb. Sürücülər təkərləri asanlıqla isidə biliblər.

F-1.az bildirir ki, əksər komandalar Almaniyaya yeniliklərlə gəliblər. Mercedes 125-ci il şərəfinə maşının rənglərində dəyişiklik edib və Avstriyada üzə çıxan soyutma sistemlərindəki problem üzərində işləyib. Williams-da yeniliklər yalnız Kubitsanın maşınına qoyulub və beləliklə, Qrouv təmsilçisi müqayisə apara bilib. Haas da eyni addımı atıb. Racinq Point isə çox ciddi yeniliklər gətirib.

Startdan 19 dəqiqə sonra Maqnussenin maşını 13-cü döngədə dayanıb – buna səbəb güc qurğusunun sensorlarındakı problem olub. Qırmızı bayraqlar dalğalanıb və fasilə 8 dəqiqə davam edib.

Sona 1 dəqiqə qalmış Bottas çınqıllığa düşüb, lakin trasa qayıda bilib və maşını boksa sürüb. Rikkardo yerində fırlansa da, maşın zədələnməyib.

Protokollara Sebastyan Fettel başçılıq edib – 1:14.013. Məşqlər nahardan sonra davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:14.013 21
2 16 Şarl Lekler Ferrari 1:14.268 + 0:00.255 25
3 44 Lyuis Həmilton Mercedes AMG 1:14.315 + 0:00.302 32
4 33 Maks Ferstappen Red Bull 1:14.330 + 0:00.317 28
5 77 Valtteri Bottas Mercedes AMG 1:14.660 + 0:00.647 28
6 10 Pyer Qasli Red Bull 1:14.813 + 0:00.800 23
7 55 Karlos Sayns McLaren 1:15.062 + 0:01.049 30
8 8 Roman Qrojan Haas 1:15.074 + 0:01.061 30
9 18 Ləns Stroll Racing Point 1:15.191 + 0:01.178 26
10 3 Daniel Rikkardo Renault 1:15.567 + 0:01.554 23
11 11 Serxio Peres Racing Point 1:15.604 + 0:01.591 24
12 4 Lando Norris McLaren 1:15.616 + 0:01.603 26
13 20 Kevin Maqnussen Haas 1:15.759 + 0:01.746 27
14 26 Daniil Kvyat Toro Rosso 1:15.776 + 0:01.763 30
15 23 Aleksander Elbon Toro Rosso 1:15.777 + 0:01.764 24
16 27 Niko Hülkenberq Renault 1:15.823 + 0:01.810 23
17 7 Kimi Rəykkönen Alfa Romeo 1:15.953 + 0:01.940 26
18 99 Antonio Covinatsi Alfa Romeo 1:16.382 + 0:02.369 31
19 88 Robert Kubitsa Williams 1:16.559 + 0:02.546 27
20 63 Corc Rassell Williams 1:17.126 + 0:03.113 23
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*