R.Şumaxer: Ferrari Lyuisə alternativ deyil

Sabiq Formula1 sürücüsü ralf Şumaxeür bildirib ki, Lyuis Həmiltonun Ferrari-yə keçməsinin mənası yoxdur.

F-1.az xatırlaıdır ki, son günlərdə Həmiltonun Ferrari-yə keçəcəyi ilə bağlı dedi-qodular artıb. Deyilənə görə italyanlar yeddiqat Dünya Çempionuna fantastik məbləğ təklif edib. Hətta Con elkanın bu keçiddə çox maraqlı olduğu deyilir. Lakin Mercedes komandası inanır ki, Lyuis komandada qalacaq.

Ralf Şumaxer: “Məncə, bu dedi-qodudur. Həmilton hazırda olduğu yerdən razıdır. Bundan başqa Ferrari hazırda böyük sual işarəsidir. Lekler və Həmiltonun etdiyi səhvlərə baxsaq, hazırda Lyuis daha stabildir.

Lyuisin maliyyə cəhətdən onsuz da motivasiyası var. Bundan başqa uğura köklənib. Düzgün işləməyən maşınla belə əksər hallarda Mercedes Ferrari-ni qabaqlayır. Buna görə Lyuis üçün bu manevr məntiqli deyil. Buna görə də Ferrari onun üçün alternativ ola bilməz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*