K.Sayns: Bəzi sahələrdə inkişaf etmişik

Ferrari komandasının sürücüsü Karlos Sayns inanır ki, bu il üç sahədə inkişaf ediblər. Bu sahələr düzlük sürəti, yerindən tərpənmə və pit-stopdur.

F-1.az xatırladır ki, “qırmızılar” Bəhreyndə düzlüklərdə sürətli görünürdü, amma Ferstappen əylənmə və sürətlənmə hissələrində daha inamlə təsir bağışlayıb.

Bundan başqa Ferrari Şarl Leklerlə ən sürətli pit-stopu reallaşdırıblar.

Karlos Sayns: “Keçən ilə nisbətən bütün bu sahələrdə inkişaf etmişik. Yəni geriyə getdiyimizi deyə bilmərik. Əslin inkişaf etdiyimiz iki-üç sahə var. Zəif yönlərimiz isə təkər yeyilməsi və Red Bull-un çox sürətlənməsidir”.

,