J.Todt Mixael Şumaxeri unuda bilmir

FİA-nın prezidenti Jan Todt bildirib ki, Mixael Şumaxeri unuda bilmir...

F-1.az xatırladır ki, Mixael Şumaxer 2013-cü ilin dekabr ayında Alp dağlarında xizəklə sürüşərkən qəza keçirdib. Hazırda Şumaxerin vəziyyəti heç də yaxşı deyil.

Ferrari komandasında 1996-2006-cı illərdə Mixael Şumaxerlə bir yerdə işləyən Jan Todt əfsanəvi sürücü barədə danışıb: “Onun başına gələnləri anlamaq çətindir. Ferrari-dən ayrılandan sonra motosiklet yarışlarına başladı və o zaman da çox narahat idim. O, Mercedes AMG komandası ilı yenidən Formula1-ə qayıdanda çox sevinmişdim.

İşlər qaydasında olmadığı zamanlarda insanlar bir-birini günahlandırır. Şassisi yaxşı olan komandalar mühərriyi pisləyir, mühərriyi yaxşı olanlar isə şassidən şikayətlənir. Mixael bu problemlərdən birini həll edə bilərdi.

Mixaellə münasibətlərim çox dəyişdi. Yenə də onunla münasibətim var. Onunla dostam.

Korina və ailəsi ilə münasibətlərim daha da yaxşılaşdı. Artıq onların yanında özümü məsuliyyətli hiss edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*