K.Rəykkönen zəif performansını nə ilə əlaqələndirir?

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, mövsümə pis başlasa da, növbəti yarışlarda formasını bərpa edəcəyinə əmindir.

F-1.az xatırladır ki, Ferrari ilk iki yarışda Mercedes-lə mübarizə apara biləcək gücdə olsa da, Rəykkönen hələ də podiuma yüksələ bilməyib. Finlandiyalı sürücü hər iki yarışda da komanda yoldaşı Fetteldən geridə qalıb. Ferrari-nin prezindenti də artıq Rəykkönenin bu performansından narazı qaldığını qeyd edib.

Kimi Rəykkönen: “Yaxşı nəticə ala bilmədiyiniz hər yarış sizi məyus edər. Uzun illərdir ki, bu idmandayam və çox gülən və xoşbəxt olan adam deyiləm. Bu əsəbpozucu olsa da, işinizin bir hissəsidir. Amma nəyə ehtiyacım olduğunu bilirəm.

Cümə günü işləməmək bizim üçün pis oldu, amma işlər bəzən belə gedir. Olmaq istədiyim yerə yüksələcəyimə əminəm. Tezliklə çoxlu xallar qazanmaq istəyirəm və mövsüm uzundur. Yarışı 5-ci yerdə bitirdiyim üçün məyusam, amma ümid edirəm ki, növbəti yarışlarda bunu kompensə edərəm.

Red Bull komandasının sürücülərini keçə bilməmək yaxşı hal deyil, amma bunu bir neçə dəfə sınadım. Nəticə daha yaxşı ola bilərdi, amma belə oldu. Hazırda xoşbəxt olmasam da, növbədə çox yarış var. Bolidə çoxlu yeniliklər gətirəcəyik. Vəziyyət son yarışdakından daha yaxşıdır, amma sazlanmalar üzərində işləməliyik. Nə edəcəyimizi bilirik. Cümə günü işləyə bilməməyimiz pis oldu. Potensialımız var. Amma daha yaxşısını etməliyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*