22 Noyabr 2019, Cümə - 13:41

L.Həmilton: “Ferrari-dən çox xal itirdik”

L.Həmilton: “Ferrari-dən çox xal itirdik”

Müəllif: Rauf Hacıyev, redaktor

14:04 - 07 Avqust, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, komandası mövsümün əvvəlində əsas rəqibləri Ferrari-yə nisbətən daha çox xal itirsə də, mövsümün ikinci yarısında bunları kompensə etməyə çalışacaq.

F-1.az xatırladır ki, Mercedes komandası mövsümün ilk yarısından sonra 6, Ferrari isə 4 yarış qazana bilib. “Gümüşü oxlar” hazırda əsas rəqiblərini 39 xal qabaqlayırlar.

Lyuis Həmilton: “Yay tətili yaxşı vaxtda başladı. Macarıstanda Ferrari-dən zəif olacağımızı bilirdik. Buna görə də nəticəyə görə məyus olmamalıyıq. Komandada hər kəs çempionluq üçün əlindən gələni edir. Qərarlı şəkildə işləməyə davam edirik və hər şeydən razıyıq.

Hələ lider olsaq da, hər xal uğrunda Ferrari kimi mübarizə aparmırıq. Bir az inadcıl olsaq, daha uğurlu nəticələr ala bilərik. Çempionluğa inanırıq. Hər iki cəbhədə şansımız var və hər şey bitməmiş təslim olmamalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 040
Teqlər , ,
Paylaş

logo