11 Dekabr 2018, Çərşənbə axşamı - 04:58

L.Həmiltona xəbərdarlıq edilib

L.Həmiltona xəbərdarlıq edilib

Müəllif: Rauf Hacıyev, redaktor

19:59 - 30 Aprel, 2016

Mercedes komandasının sürücüsü Lyuis Həmiltona sıralanma turundakı insidentə görə xəbərdarlıq edilib…

F-1.az xatırladır ki, ingiltərəli sürücü sıralanma turunda ikinci döngəni kəsmişdi və FİA-nın təyin etdiyi yerdən trasa qayıtmamışdı.

Həmiltonun bu insidenti sıralanma turundan sonra Qran Prinin stüardları tərəfindən araşdırılmağa başlayıb.

Həmilton sıralanma turundan sonra yarışın direktorluğu ilə görüşməli olub. Britaniyalı sürücüyə yer itirmək cəzası gəlməyib, amma xəbərdarlıq olunub.

Qeyd edək ki, bu, Həmiltonun cari mövsümdə aldığı ikinci xəbərdarlıqdır. Xatırladaq ki, Həmilton ilk xəbərdarlığını Bəhreyndə sıralanma turunda almışdı.

Lyuis Həmilton son seansda güc qurğusunda problem yaşadığı üçün yarışa 10-cu yerdən başlayacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 399
Teqlər ,
Paylaş

logo