L.Həmilton: Hər döngədə itiririk

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Fransada hər döngədə vaxt itirirlər.

F-1.az xatırladır ki, Mercedes bu həftəsonu Pol Rikarda ən böyük favoritlərdən biri sayılsa da, cümə sərbıst yürüşlərindən sonra Ferrari və Red Bull-dan çox geridə qalıb.

Həmilton birinci sərbəst yürüşlərdə yerini Nik de Vrizə verdiyi üçün istirahət edib. İkinci sərbəst yürüşlərdə sükan arxasına keçən yeddiqat Dünya Çempionu günü 5-ci yerdə bağlayıb.

Lyuis Həmilton: “Ən yaxşı sessiyalardan biri deyildi. İtirdiyim vaxtı kompensə etməyə çalışdım. Hava çox istidir. Təkərləri sonra soyutmaq üçün yavaş dövrələr vurmalı olurduq. Məncə, ortabab iş gördüm.

Nikin sazlanmaları var idi və ikinci sessiyadan əvvəl bəzi dəyişikliklər etdim. Bu dəlisov hərəkət idi, çünki bolidi heç sürməmişdim. Nik səhər yaxşı işləmişdi. Qəza etmədi və yaxşı idi. Ona minnətdaram. Hələ çox işləməliyik. Ümid edirəm ki, mübarizə apara bilərik. Rəqiblərimizdən geridəyik.

Hər döngədə itiririk. Məlumatları analiz etməliyik. Gözlədiyimizdən daha zəifik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*