L.Həmilton: Bottası rahat buraxın

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, insanlar Valtteri Bottası rahat buraxmalıdırlar.

F-1.az xatırladır ki, finlandiyalı sürücü son 4 mövsümdə Həmiltonun tempinə cavab verə bilmir. Bottas bu il üç yarışda iki dəfə üçüncü olmaqla podiuma yüksəlsə də, komanda yoldaşından 37 xal geri qalır. Buna görə də Corc Rasselin mövsümün ortasında Valtterini əvəz etməsi gözlənilir.

Lyuis Həmilton: “Təcrübələrimə görə Valtteri mənim üçün mükəmməl komanda yoldaşı oldu. Düzünü desəm, aldığımız nəticələrə və bolidin inkişafına görə ən yaxşı sürücü heyətinə sahibik. Təbii ki, bu bir gün dəyişə bilər. Həmişə burada olmayacam. Valtteri də eynilə…. Lakin uzun illərdir ki, yaxşı performans göstəririk və indi də bu, davam edir.

Valtteri keçən yarış poul aldı. Hələ mövsümün dördüncü yarışındayıq. Məncə, insanlar onu rahat buraxmalı və işinə fokuslanmasına icazə verməlidirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*