L.Həmilton: “Suzuka müəmmalıdır”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Yaponiya yarışı barədə proqnoz verə bilmir.

F-1.az xatırladır ki, britaniyalı sürücü Suzukada 4 dəfə qalib gəlib. Bu il isə gündoğar ölkəyə ən yaxın rəqibi Bottasın 73 xal önündə lider olaraq gəlir.

Lyuis Həmilton: “Mükəmməl yarış olacaq. Suzuka inanılmaz trasdır və mövsümün ən həyəcanverici yarışları burada olur. İndi isə vəziyyət daha qəlizdir. Çünki sürət cəhətdən bir-birinə yaxın olan üç komanda var. Kimin qazanacağını demək mümkün deyil. Ferrari son yarışlarda dominantdır. Bəlkə, Suzuka bizim bolidə uyğun olacaq? Bəlkə, Red Bull-a? Suzuka əsl sürücülərin trasıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*