Avstriya-2023: Birinci sərbəst yürüşlər

Şpilberqdə həftəsonu şənbə sprint formatında keçirilir, komandalar ilk məşqlərdə yeni detalları sınaqdan keçirməli, strategiyaya qərar verməlidirlər və təkərlərin ömrünü qiymətləndirməlidirlər.

F-1.az xəbər verir ki, xoşbəxtlikdən, hava yaxşı olub. Lakin axşama yağış gözlənilir.

Altı komanda eyni vaxtda Avstriyaya yeniliklər gətirib, gələn həftə Silverstounda tam istifadə etmək üçün burada onlar haqqında məlumat toplamaq ümidi ilə bu addımı atıblar. Hər mərhələdə digər komandaların avtomobilləri getdikcə Red Bull RB19-a bənzəyir.

Williams sürücüləri ilk 15 dəqiqəni itirsələr də, komanda təmsilçisi hər şeyin plana uyğun getdiyini bildirib. Sessiyanın çox hissəsini Hard and Medium təkərlərində keçirən sürücülər bugünkü təsnifata hazırlaşmaq üçün yalnız son dəqiqələrdə Soft-a keçiblər, lakin hamı bu addımı atmayıb.

Xırda səhvlərə yol vermədən – birinci döngədə Bottas və Alonso, üçüncü döngədə Tsunoda, altıncıda Həmilton, sonuncuda Lekler və Okon – maşınlara heç bir zərər dəyməyəcək şəkildə trasdan çıxıblar.

Ən sürətli dövrəni Medium təkərlərlə Maks Ferstappen vurub – 1:05.742.

Bizi maraqlı sıralanma turu gözləyir.

BİRİNCİ SESSİYANIN NƏTİCƏLƏRİ

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:05.742 30
2 55 Karlos Sayns Ferrari 1:05.983 + 0:00.241 32
3 16 Şarl Lekler Ferrari 1:06.012 + 0:00.270 33
4 44 Lyuis Həmilton Mercedes 1:06.251 + 0:00.509 34
5 11 Serxio Peres Red Bull 1:06.262 + 0:00.520 32
6 18 Ləns Stroll Aston Martin 1:06.340 + 0:00.598 29
7 20 Kevin Maqnussen Haas 1:06.497 + 0:00.755 27
8 14 Fernando Alonso Aston Martin 1:06.656 + 0:00.914 31
9 63 Corc Rassell Mercedes 1:06.696 + 0:00.954 28
10 24 Quanyu Çjou Alfa Romeo 1:06.780 + 0:01.038 33
11 23 Aleksander Elbon Williams 1:06.794 + 0:01.052 33
12 81 Oskar Piastri McLaren 1:06.809 + 0:01.067 36
13 27 Niko Hülkenberq Haas 1:06.846 + 0:01.104 30
14 77 Valtteri Bottas Alfa Romeo 1:06.847 + 0:01.105 33
15 22 Yuki Tsunoda AlphaTauri 1:06.985 + 0:01.243 34
16 21 Nik de Friz AlphaTauri 1:07.017 + 0:01.275 36
17 2 Loqan Sarcent Williams 1:07.018 + 0:01.276 35
18 31 Esteban Okon Alpine 1:07.202 + 0:01.460 30
19 10 Pyer Qasli Alpine 1:07.287 + 0:01.545 28
20 4 Lando Norris McLaren 1:07.368 + 0:01.626 20
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*