Azərbaycan-2019: Birinci sərbəst yürüşlər ləğv edilib

Sessiyanın əvvəlində bütün sürücülər trasa çıxaraq dövrə vurublar. Lakin 13-cü dəqiqədə kanalizasiya qapağı çıxaraq Corc Rassellin maşınının altlığını zədələyib. Sessiya dərhal qırmızı bayraqlara dayandırılıb, maşın təxliyə edilib.

F-1.az bildirir ki, FİA təmsilçiləri və mütəxəssislər dərhal həmin yerə yollanıblar. Tək həmin qapaq yox, digər qapaqların da möhkəmliyini yoxlamaq lazım gəlib. Komandalara lazımi məlumatların verilməsində gecikmələr yaşanıb – bu, Çarli Uaytinqin yoxluğunda ilk ciddi insidentdir…

Təxliyə maşını reklam körpüsünə toxunub və zədələnib. Buna görə də, Williams-ın bolidi başqa təxliyə maşınına yüklənib. Bir neçə dəqiqə sonra FİA sessiyanın davam etməyəcəyini bildirib – Formula2-nin təsnifat mərhələsi başlamazdan əvvəl trasın tam təhlükəsizliyi yoxlanılmalıdır.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*