Silverstounda Corc Rassellin şərəfinə tribuna olacaq

Silverstounda 2027-ci il Böyük Britaniya Qran Prisində Corc Rassellin adına tribunanın yaradıldığını elan ediblər. Yeni tribuna GRandstand adlanacaq və Farm Curve döngəində yerləşəcək.

Farm Curve – dövrənin əvvəlində Abbey ilə Village-i birləşdirən sürətli sol döngədir. Rassell Silverstounda adına tribunası açılan Lando Norrisdən sonra buna layiq görülən ikinci britaniyalı sürücü olacaq.

Corc Rassell: “Böyük xəbər var! Çox şadam ki, 2027-ci il Böyük Britaniya Qran Priində GRandstand tribunası olacaq. O, Farm Curve-də yerləşəcək və ilk dörd döngəyə əla mənzərə açılan möhtəşəm yerdir. Biletlər tezliklə satışa çıxacaq. Sizinlə görüşü səbirsizliklə gözləyirəm!”

Formula1-də çıxış etdiyi illər ərzində Corc Rassell yeddi qələbə və on bir poul qazanıb. Bu il Mercedes sürücüsü ilk dəfə Silverstounda podiuma yüksələrək yarışı ikinci yerdə başa vurub.

,