M.Ferstappen yeni güc qurğusuna keçib

Red Bull komandasının sürücüləri Maks Ferstappenlə Alek Elbon və Renault komandasının pilotu Daniel Rikkardo bu həftə yeni daxiliyanma mühərriyinə keçiblər.

F-1.az xatırladır ki, ilk 4 yarışdan sonra 8 komanda güc qurğusunda dəyişikliklır edib. Maks Ferstappen tamamilə yeni güc qurğusuna keçib. Aleks Elbon və Daniel Rikkardo isə yeni daxiliyanma mühərriyi, MGU-H və MGU-K götürüblər. Valtteri Bottas, Nikolas Latifi, Corc Rassell, Ləns Stroll və Niko Hülkenberqin güc qurğusunda isə yeni MGU-K quraşdırılıb.

Qeyd edək ki, bu dəyişikliklərə görə heç bir sürücü cəza almayacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*