Macarıstan-2020: Yarış

Macarıstan Qran Prisi adətən yay fasiləsindən əvvəli son yarış olur. Lakin pandemiyaya görə yenilənmiş təqvimdə Hunqarorinq üçüncü yarış kimi yer aldı, komandalar ardıcıl üç yarışdan sonra bir həftə istirahət edəcəklər və növbəti 3 yarışa yollanacaqlar.

F-1.az xatırladır ki, ilk məşqlərdə Həmilton hamıdan sürətli olmuş, yağışa görə olduqca az dövrə vurulan ikinci məşqlərdə isə Fettel protokollara başçılıq etmişdi. Dünənki məşqlərdə isə Bottas komanda yoldaşını minimal fərqlə üstələyərək birinci olmuşdu. Lakin sıralanma turunda Həmilton bu mövsüm ardıcıl ikinci poulunu əldə etmişdi.

Pirelli Macarıstana ilk iki yarışda olduğu kimi, orta üçlüyü- C2, C3 və C4 tərkiblərini gətirib. Maqnussen yağış, qalan hamı keçid təkərlərlə startdakı mövqelərini almaq üçün yollanıblar. Məhz bu vaxt Ferstappen qəza edərək maşının ön asılqanını və qanadını zədələyib. Mexaniklər maşını start nöqtəsinə gətiriblər, lazım olan hissələri də ora daşıyaraq isinmə dövrəsinə 25 saniyə qalmış işi yekunlaşdıra biliblər.

Startda hem bir insident olmayıb, Həmilton liderliyini qoruyub, Bottas və Peres xeyli yer itiriblər. Bottas yerondən tez tərpəndiiy üçün bir anlıq dayanıb və mövqe itirməsi bununla əlaqədar olub. Maks üçüncü yerə yüksəlib. 2-ci dövrədən sonra ilk onluq: Həmilton – Stroll – Ferstappen – Fettel – Lekler – Bottas – Peres – Sayns – Rikkardo – Latifi

Kvyat, onun ardınca üçüncü dövrədə Lekler və Bottas, bir dövrə sonra isə Həmilton, Stroll, Fettel, Peres, Sayns, Elbon, Latifi, Qasli və Rəykkönen sliklərə keçiblər. Mexaniklər təkər dəyişdikdən sonra Latifini Saynsla toqquşa biləcəyi anda buraxıblar və təmas yaşanıb. Buna görə sürücüyə 5 saniyə vaxt itirmə cəzası verilib.

Ferstappen, Rikkardo, Okon, Rassell Norris və Covinatsi quru təkərlərinə 5-ci dövrədə keçiblər. Bottas bundan 5 tur sonra Lekleri üstələyib. Fettel 12-ci turda trasdan çıxıb və Okona keçilib. Bottas isə bu dəfə Qrojanı ötüb. Stroll 16-cı dövrədə Maqnusseni keçərək üçüncülüyə yüksəlib.

Qasli sürətini itirib və boksa qayıdıb – maşını tüstülənən sürücü mübarizədən çəkilib. Bottas 17-ci dövrədə də Maqnusseni keçib. Lekler 18-ci dövrədə Elbon, bir dövrə sonra isə Fettelin hücumuna tab gətirməyib. Təkərləri yeyilən monakolu sürücü pit-stopa yollanıb. 25-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Stroll – Bottas – Maqnussen – Qrojan – Elbon – Fettel – Peres – Rikkardo.

Elbon 30-cu dövrədə Qrojanla mübarizədən qalib ayrılıb, Fettel isə təkərlərini dəyişib. Qrojan bir dövrə sonra da Peres tərəfindən keçilib. Lekler Norrisi 33-cü dövrədə üstələyib. Bir dövrə sonra isə Qrojanı ötmək növbəsi Rikkardoya çatıb. Bottas pitə üz tutub.

Elbon və Qrojan 35-ci, Stroll, Maqnussen və Peres 36-cı, Ferstappen və Norris 37-ci, Həmilton isə 38-ci dövrədə növbəti pit-stopunu edib. Britaniyalı liderliyini inamla qoruyub. Elbon Maqnusseni də üstələyib. 41-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Bottas –  Stroll – Rikkardo – Sayns – Fettel – Elbon – Peres – Maqnussen.

Növbəti dövrələrdə orta sıralarda mübarizə və keçidlər davam edib. Bottas yeni təkərə keçdikdən sonra Ferstappenlə fərqi azaltmağa başlayıb. DRS məsafəsinə qədər gəlsə də, hücuma imkan olmayıb və finlandiyalı sürücü yenidən təkər dəyişərək yerini itirmədən trasa qayıdıb.

60-cı dövrədə Sayns gələcək komanda yoldaşı Leklerə hücum edib. İlk cəhddə alınmasa da, ikinci cəhddə onu keçməyə nail olub. Həmilton 66-cı dövrədə Ferstappenlə aradakı böyük fərqi nəzərə alaraq sürətli dövrə vura bilmək üçün təkərlərini dəyişib – britaniyalı sürücü Soft təkərlərlə trasın yarışdakı yeni rekordunu müəyyən edib. Son dövrədə Bottas Ferstappenə hücum etməyə çalışsa da, istəyinə nail olmayıb.

Lyuis Həmilton mövsümdə ikinci, karyerasında isə 86-cı qələbəsini qazanaraq Mixael Şumaxerə daha da yaxınlaşıb. O, həm də çempionatda liderliyə yüksəlib. Maks Ferstappen ikinci olarkən, Valtteri Bottas podiumu tamamlayıb.

Mövsüm iki həftəlik fasilədən sonra Silverstounda davam edəcək.

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:36.12.473 3
2 33 Maks Ferstappen Red Bull + 0:08.702 2
3 77 Valtteri Bottas Mercedes AMG + 0:09.452 3
4 18 Ləns Stroll Racing Point + 0:57.579 3
5 23 Aleksander Elbon Red Bull + 1:18.316 2
6 5 Sebastyan Fettel Ferrari + 1 dövrə 2
7 11 Serxio Peres Racing Point + 1 dövrə 2
8 3 Daniel Rikkardo Renault + 1 dövrə 2
9 55 Karlos Sayns McLaren + 1 dövrə 2
10 20 Kevin Maqnussen * Haas + 1 dövrə 1
11 16 Şarl Lekler Ferrari + 1 dövrə 2
12 26 Daniil Kvyat AlphaTauri + 1 dövrə 2
13 4 Lando Norris McLaren + 1 dövrə 2
14 31 Esteban Okon Renault + 1 dövrə 2
15 7 Kimi Rəykkönen Alfa Romeo + 1 dövrə 2
16 8 Roman Qrojan * Haas + 1 dövrə 1
17 99 Antonio Covinatsi Alfa Romeo + 1 dövrə 3
18 63 Corc Rassell Williams + 1 dövrə 3
19 6 Nikolas Latifi Williams + 5 dövrə 5

 

* – Haas sürücülərinin nəticəsinə 10 saniyə əlavə olunub.

Sürətli Dövrə: Lyuis Həmilton (Mercedes) 1:16.627 (70-ci dövrə, 205.823 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Pyer Qasli AlphaTauri 16 güc qurğusu

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas 63
2 77 Valtteri Bottas Mercedes AMG Petronas 58
3 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 33
4 4 Lando Norris McLaren F1 Team 26
5 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 22
6 11 Serxio Peres BWT Racing Point F1 Team 22
7 16 Şarl Lekler Scuderia Ferrari 18
8 18 Ləns Stroll BWT Racing Point F1 Team 18
9 55 Karlos Sayns McLaren F1 Team 15
10 5 Sebastyan Fettel Scuderia Ferrari 9
11 3 Daniel Rikkardo Renault DP World F1 Team 8
12 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 6
13 31 Esteban Okon Renault DP World F1 Team 4
14 99 Antonio Covinatsi Alfa Romeo Racing 2
15 26 Daniil Kvyat Scuderia AlphaTauri Honda 1
16 20 Kevin Maqnussen Haas F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 121
2 Aston Martin Red Bull Racing Honda 55
3 McLaren F1 Team Renault 41
4 BWT Racing Point F1 Team Mercedes 40
5 Scuderia Ferrari Ferrari 27
6 Renault DP World F1 Team Renault 12
7 Scuderia AlphaTauri Honda Honda 7
8 Alfa Romeo Racing Ferrari 2
8 Haas F1 Team Ferrari 1
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*