Macarıstan-2020: Birinci sərbəst yürüşlər

Avstriyadakı iki yarışdan sonra iştirakçılar Macarıstana gəliblər. Hunqarorinqdə səhər yağış yağsa da, sessiyanın startına qədər tras quruyub. Yenə də, ilk dəqiqələrdə tras sürüşkən olub.

F-1.az bildirir ki, Qasli motordakı problemə görə ilk məşqləri buraxmalı olub. Kubitsa Rəykköneni əvəz edib. Polşalı sürücü yerində fırlanıb və sarı bayraqların dalğalanmasına səbəb olub. Lakin maşına zərər dəyməyib və yoluna davam edə bilib.

Okon və Elbonun nəticələri tras hüdudlarını pozduqları üçün ləğv edilib. Peres təhlükəsizlik zonasına çıxsa da, trasa qayıda bilib.

Sakit və maraqlı hadisələrin çox da olmadığı ilk məşqlərdə Həmilton hamıdan üstün olub – 1:16.003.

Məşqlər Bakı vaxtı ilə 17:00-da davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:16.003 37
2 77 Valtteri Bottas Mercedes AMG 1:16.089 + 0:00.086 37
3 11 Serxio Peres Racing Point 1:16.530 + 0:00.527 20
4 18 Ləns Stroll Racing Point 1:16.967 + 0:00.964 35
5 3 Daniel Rikkardo Renault 1:17.200 + 0:01.197 28
6 5 Sebastyan Fettel Ferrari 1:17.238 + 0:01.235 26
7 16 Şarl Lekler Ferrari 1:17.404 + 0:01.401 29
8 33 Maks Ferstappen Red Bull 1:17.435 + 0:01.432 28
9 4 Lando Norris McLaren 1:17.523 + 0:01.520 26
10 31 Esteban Okon Renault 1:17.615 + 0:01.612 35
11 55 Karlos Sayns McLaren 1:17.675 + 0:01.672 32
12 20 Kevin Maqnussen Haas 1:17.713 + 0:01.710 35
13 23 Aleksander Elbon Red Bull 1:17.727 + 0:01.724 28
14 8 Roman Qrojan Haas 1:17.890 + 0:01.887 35
15 6 Nikolas Latifi Williams 1:17.969 + 0:01.966 31
16 26 Daniil Kvyat AlphaTauri 1:18.292 + 0:02.289 35
17 99 Antonio Covinatsi Alfa Romeo 1:18.425 + 0:02.422 30
18 63 Corc Rassell Williams 1:18.574 + 0:02.571 29
19 88 Robert Kubitsa Alfa Romeo 1:19.150 + 0:03.147 26
20 10 Pyer Qasli AlphaTauri 0
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*