Macarıstan-2020: İkinci sərbəst yürüşlər

Sessiyadan əvvəl güclü yağış yağıb və Formula3-ün sıralanma turu yarıda dayandırılıb. Daha sonrar təmizləyici qurğular vasitəsi ilə trasın vəziyyəti yaxşılaşdırılıb və məşqlər vaxtında başlayıb.

F-1.az bildirir ki, səhərki ilk məşqləri güc qurğusundakı problemə görə buraxmalı olan Qasli trasa hamıdan tez çıxıb. Komanda problemin aradan qaldlrıldığına əmin olduqdan sonra boksa qayıdıb və havanın düzəlməsini gözləyib.

20 dəqiqə sonra Sayns trasın vəziyyətini yoxlamaq üçün yağış təkərləri ilə çıxıb, Stroll və Rəykkönen də ona qoşulublar. Hər üç sürücü tezliklə boksa gəlib. Qeyd edək ki, sabah və bazar gününə də yağış ehtimalı yüksəkdir.

Sessiyanın ortalarında Renault sürücüləri keçid təkərləri ilə trasa çıxıblar, lakin suyun çoxluğu bu təkərlərlə çıxmağın tez olduğunu göstərib – yalnız son 15 dəqiqədə sürücülər yaşıl təkərlərlə işləyə biliblər.

Sessiya sakit keçib, yalnız Rəykkönen, Qrojan və Fettel yoldan çıxıblar, lakin hər üç halda ciddi problem baş verməyib.

Olduqca az dövrənin vurudluğu, 7 sürücünün isə ümumiyyətlə nəticə göstərə bilmədiyi sessiyada protokollara 1:40.464-lük nəticə ilə Sebastyan Fettel başçılıq edib.

Son məşqlər sabah Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:40.464 12
2 77 Valtteri Bottas Mercedes AMG 1:40.736 0.272 5
3 55 Karlos Sayns McLaren 1:41.784 1.320 6
4 18 Ləns Stroll Racing Point 1:42.380 1.916 6
5 11 Serxio Peres Racing Point 1:42.470 2.006 5
6 10 Pyer Qasli AlphaTauri 1:42.588 2.124 7
7 33 Maks Ferstappen Red Bull 1:42.820 2.356 4
8 8 Roman Qrojan Haas 1:43.335 2.871 6
9 7 Kimi Rəykkönen Alfa Romeo 1:43.471 3.007 16
10 16 Şarl Lekler Ferrari 1:43.725 3.261 10
11 99 Antonio Covinatsi Alfa Romeo 1:44.411 3.947 9
12 4 Lando Norris McLaren 1:46.000 5.536 5
13 26 Daniil Kvyat AlphaTauri 1:47.422 6.958 7
14 31 Esteban Okon Renault nəticə göstərməyib 1
15 3 Daniel Rikkardo Renault nəticə göstərməyib 1
16 44 Lyuis Həmilton Mercedes AMG nəticə göstərməyib 1
17 6 Nikolas Latifi Williams nəticə göstərməyib 2
18 63 Corc Rassell Williams nəticə göstərməyib 2
19 23 Aleksander Elbon Red Bull nəticə göstərməyib 3
20 20 Kevin Maqnussen Haas nəticə göstərməyib 1
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*