Ferrari daha bir sponsor tapıb

Ferrari komandası Santander-dən sonra Velas Network ilə müqavilə bağlayıb.

F-1.az bildirir ki, Ferrari bununla azarkeşlərinə elektronik məhsullar təqdim edəcək. Sponsorluq anlaşmasına görə Velas azarkeşlərə elektronik məhsullar hazırlayacaq və eyni zamanda Ferrari Esports Seriyası ilə yanaşı Ferrari Esports komandasının titul sponsoru olacaq.

Mattia Binotto: “Velas Network ilə işləyəcəyimiz üçün xoşbəxtik. Onlar həm innovativ, həm də performans cəhətdən təkmilləşiblər. Bu dəyərlər bizi birləşdirir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*