Mercedes Rassell ilə müqavilə uzadacaq?

İspaniya mətbiatının verdiyi xəbərə görə Mercedes komandası Corc Rassell ilə olan müqaviləni uzatmaq istəyir.

F-1.az xatırladır ki, britaniyalı sürücü aşağı seriyalarda uğurlar qazandıqdan sonra 2019-cu ildə Williams komandası ilə Formula1-də debüt etmişdi. 3 il burada yarışdıqdan sonra 2022-ci ildə Mercedes-ə gələn Rassell komandadakı ilk mövsümündə yeddiqat Dünya Çempionu Lyuis Həmiltonu geridə qoya bilmişdi. O, keçən il biri qələbə olmaqla 8 podium və 1 poul qazanmışdı.

Mercedes 2021-ci ilin sentyabrında Rasseli transfer edəndə bildirmişdi ki, onunla çoxillik müqavilə bağlayıblar. Əslində bunun mənası ikiillik müqavilədir. Qalan illər isə opsiyondan asılıdır. İspaniya mətbuatı bildirir ki, Rasselin müqaviləsində belə opsiyon var və tərəflər bu opsiyondan istifadə etmək istəyirlər.

Hələ rəsmi açıqlama olmasa da, komanda bu qərarı anidən verməyib. Bəzi resurslara görə tərəflər ilin əvvəlində, bəzi resurslara görə isə aprel ayında müqavilə bağlayıblar. Böyük ehtimalla tərəflər 2025-ci ilin sonuna qədər müqavilə bağlayacaqlar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*