N.Lauda: “Peletonun yarısı bizim komandada yarışmaq istəyir”

Mercedes komandasının qeyri-icraçı direktoru bildirib ki, Niko Rosberq təqaüdə çıxdığını açıqlayan kimi peletonun yarısı özünü almaniyalının yerinə təklif edib.

F-1.az xatırladır ki, Rosberq Dünya Çempionu titulunu qazandıqdan 5 gün sonra təqaüdə çıxdığını açıqlayaraq, Formula1 Dünyasını şok edib. Almaniyalı sürücünün yerinə kimin gələcəyi isə hələ də bilinmir.

Niki Lauda: “Rəsmi açıqlamadan bir neçə saat əvvəl qərarını mənə telefonla dedi. Bunu eşidəndə pis oldum. Gözləmirdim. Mercedes-də heç kim bunu proqnozlaşdırmırdı. Əvvəlcə inanmadım. Ona dedim ki, “zarafar edirsən? Belə zarafat olar”. Amma mənə doğru olduğunu dedi. İnana bilmirdim.

Mən ilk dəfə çempion olanda, düşünürdüm ki, görəsən ikincisini necə qazana bilərəm? Amma Niko belə düşünmür. Rosberqin qərarı bizi hazırlıqsız və təəccüblü qoydu. Nikonun çempion olması üçün əziyyət çəkən insanlar üçün də pis oldu”.

Niko Rosberqin yerinə Paskal Verlyaynın adı hallansa da, Lauda gənc sürücü ilə yarışmağın riskli olacağını düşünür: “Dünya Çempionunu, 2016-cı ilin ən yaxşı sürücüsünü əldən verdik. Yaxşı sürücülərin isə digər komandalarla müqavilələri var. Buna görə də asan olmayacaq. Gələn il nə qədər güclü olacağımızı bilmirik, buna görə də gənc sürücü ilə yarışmaq risklidir. Peletonun yarısı bizdə yarışmağı təklif edib”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*