V.Bottas: Sarı bayraqlar hər şeyi məhv etdi

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, sarı bayraqlara görə poulu əldən verib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü son cəhdinə çıxarkən Okon yerində fırlanıb və nəticədə sarı bayraqlar çıxıb. Buna görə də Bottas yavaşlamalı olub və nəticəsini yaxşılaşdıra bilməyib.

Valtteri Bottas: “Sarı bayraqlar dövrəmi məhv elədi. Yaxşı nəticə qazana bilərdim. İlk cəhdim pis olmamışdı, amma mükəmməl də deyildi. Buna görə də son cəhdimi səbirsizliklə gözləyirdim. Məyusam, çünki həftəsonu ərzində çox sürətli idik. Ancaq startdan ilk döngəyə qədər uzun məsafə var. Ümid ediəm ki, startda liderliyi alaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*