FİA L.Həmiltonu Ostində mətbuat konfransına dəvət edib

F-1.az xatırladır ki, Lyuis Suzukada cümə axşamı pilotların iştirakı ilə keçirilən mətbuat konfransında Snapchat-dan istifadə etməsi media nümayəndələrinə qarşı hörmətsizlik kimi qiymətləndirilmişdi.

Həmilton bunu sadəcə əyləncə üçün etdiyini, mediaya qarşı hörmətsizlik etmədiyini bildirmişdi. Görünür, bu söz-söhbət britaniyalı sürücünün çox xətrinə dəydiyi üçün, hətta, şənbə günü Mercedes AMG-nin təşkil etdiyi mətbuat konfransını da vaxtından əvvəl tərk etmişdi.

Deyilənlərə görə, Lyuis Ostində təşkil olunacaq mətbuat konfranslarına da qatılmaq istəmir. Lakin FİA onun cümə axşamı ABŞ vaxtı ilə saat 11:00-də baş tutacaq mətbuat konfransında iştirak etməsini istəyir.

Qaydalara görə, dəvət olunan hər bir sürücü mətbuat konfransında iştirak etməlidir. Lyuis buna əməl etməzsə, cərimələnə bilər. Ona bu mövsüm üçüncü dəfə rəsmi xəbərdarlıq oluna bilər ki, bu da yarışın startında 10 yer itirmək deməkdir…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*