L.Stroll komanda yoldaşı Massa barədə nə düşünür?

Williams komandasının sürücüsü Ləns Stroll yeni mövsümdə komanda yoldaşı Felipe Massanın təcrübəsindən faydalanmaq və onunla mübarizə etmək üçün səbirsizləndiyini deyib.

F-1.az xatırladır ki, 2016-cı ildə Avropa Formula3 çempionatını hegemonluq edərək qazanan Stroll əvvəlcə karyerasını bitirmiş Massanı əvəz etsə də, Bottasın Mercedes-ə keçməsi ilə yenidən komandaya qaytarılan Massanın komanda yoldaşı olmuşdu.

Ləns Stroll: “Felipenin mənə kömək edəcəyinə şübhə etmirəm. O çox təcrübəlidir və onun kimi bir sürücü ilə işləyəcəyim üçün sevincliyəm. Bir-birimizlə heç problemimiz yoxdur və Felipe peletondakı mədəni adamlardan biridir. Bir yerdə komandanı daha da inkişaf etdirmək istəyirik. Komanda daxilində bu cür gözəl abu-hava olduğu təqdirdə uğur da gələcək. Təbii ki, tras üzərində bir-birimizi qabaqlamağa çalışacağıq, amma yarış bitdikdən sonra yenə bir-birimizə hörmət edəcəyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*