V.Bottas komanda əmri barədə düşünmür

Mercedes komandasının sürücüsü Valtteri Bottas komanda əmrləri barədə düşünmədiyini deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü keçənilki yarışda lider olsa da, 25-ci dövrədə komanda əmri ilə yerini Lyuis Həmiltona vermiş və ikinciliyə razı olmuşdu.

Valtteri Bottas: “Hazırda bu barədə düşünmürəm. Ssenariləri əvvəldən komanda ilə danışırıq. İkinci gün bazaya getdim və yarışı müzakirə etdik. Müəyyən qaydalarımız var və hər iki sürücü də bunu tətbiq edir.

Soçi trası bolidimiz üçün əlverişlidir. Amma hər həftəsonu sıfırdan başlayır. Mövsümlər, traslar və bolidlər fərqlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*