20 Noyabr 2019, Çərşənbə - 20:29

F.Alonso: “McLaren gələn il daha güclü olacaq”

F.Alonso: “McLaren gələn il daha güclü olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

16:44 - 29 Noyabr, 2016

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, komandası bu il güclü inkişaf edib və onlar gələn il daha güclü olacaqlar.

F-1.az xatırladır ki, ispaniyalı Əbu Dabi yarışını 10-cu yerdə bitirib və sürücülər çempionatında da Massanı qabaqlayaraq, 10-cu olub. McLaren Honda komandası isə Mühəndislər Kubokunda 6-cı yeri tutub.

Fernando Alonso: “Sözün açığı, Williams və Force İndia-ya qarşı heç nə edə bilməzdim. Lakin yarışın son dövrəsinə qədər Felipeyə çata bildim, amma hücum etməyə vaxt qalmamışdı. Nəticədən razıyam. Keçən illə müqayisədə bu il çox inkişaf etdik. Təbii ki, bizim əsas məqsədimiz çempion olmaqdır və buna görə də gələn illə bağlı işlərimizə ciddi formada davam edirik.

Nikoya görə çox sevinirəm. Əla mövsüm keçirtdi və bu çempionluğa layiq idi. Bolidin potensialından yaxşı istifadə etdi və stabil performansla Həmiltonu məğlub etdi. Həmilton son yarışlarda əla performans göstərsə də, xal fərqini bağlaya bilmədi”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 500
Teqlər , , , ,
Paylaş

logo