F.Alonso Bəhreyndə şeytanın qıçını qırmaq istəyir

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Bəhreyndə Honda mühərriyi ilə təchiz edilmiş MCL32-dən maksimumu çıxaracaq.

F-1.az xatırladır ki, ikiqat Dünya Çempionu Avstraliya və Çin yarışlarında xal qazanmağa yaxın olsa da, hər iki yarışda da etibarsızlıq probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu.

Qeyd edək ki, 35 yaşlı təcrübəli sürücü karyerası ərzində 32 qələbə qazanıb və bunlardan üçü Bəhreynə (2005-ci, 2006-cı və 2010-cü illər) təsadüf edir. Alonso Saxir trasında ən çox qalib gəlmiş sürücüdür.

Fernando Alonso: “Şanxayda mübarizəni dayandırmazdan əvvəl yerim ümidverici və sürətimiz gözlədiyimizdən daha yaxşı idi. Buna görə də Bəhreyndə sürprizlər gözləyirəm. Bəhreyn bizim üçün çətin yarış olacaq. Uzun düzlüklər işimizi asanlaşdırmır və mühəndislər çox şey üzərində işləməlidirlər. Əyləclər tez aşınır və yanacağımız tez qurtarır. Həftəsonları trasdakı temperatur çox dəyişdiyi üçün sazlanmaları tapmaqda çətinlik çəkirik. Oradakı yarış axşam olacaq. Boksdan hər çıxanda boliddən maksimumu almağa çalışıram. Bəhreyndəki həftəsonunda da eyni şeyi edəcəm.

Keçən il burada çıxış edə bilmədim və buna görə də trasa çıxmaq üçün səbirsizlənirəm. Orada 3 yarış qazanmışam. Yarıqaranlıqda yarışmaq həmişə həzz verir. Bəhreyndəki yarışlar həmişə uzun çəkir və birinci hədəfimiz istiyə qarşı dözümlü olmaqdır. Səhranın sərt hava şətaitinə hazır olmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*