27 İyun 2019, Cümə axşamı - 06:22

Bu il çempion L.Həmilton olmalıydı, əgər…

Bu il çempion L.Həmilton olmalıydı, əgər…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:48 - 13 Dekabr, 2012

Baritaniyanın Autosport həftəliyinin Grand Prix şöbəsinin başçısı Mark Hyuz araxda qalan 2012-ci il mövsümünə tam fərqli rakursdan yanaşıb – əgər […]

Baritaniyanın Autosport həftəliyinin Grand Prix şöbəsinin başçısı Mark Hyuz araxda qalan 2012-ci il mövsümünə tam fərqli rakursdan yanaşıb – əgər mövsümdə heç bir sürücü nasazlıqla, qəzalarla üzləşməsəydi kim çempion olardı?

Mark Hyuz: “Əgər bu mövsümdə heç biri sürücü nasazlıqla, qəzalarla, komandanın taktiki və pit-stopda səhvləri ilə üzləşməsəydi, titul uğrunda mübarizəni kim aparardı?

Məsələn, Valensiyada Fettel asanlıqla qələbə qazanardı, çünki orda ona generatorun sıradan çıxması mane olmuşdu. Barselonada isə Həmilton komandanın sıralanma turundakı səhvinin qurbanı oldu. Sinqapur və Abu Dabidə britaniyalı sürücünün maşınında ötürmələr qutusu və elektronika imtina etmişdi. Əgər sürücülər problemsiz finiş görsəydilər, onda Braziliya Qran Prisinə Lyuis 7, Fettel 5, Batton 4 və Uebber 2 qələbə ilə gələrdi.

Çində Batton pit-stopda ləngidiyi üçün qələbəni Rosberq bayram etmişdi, Barselonada isə pouldan start alsaydı Lyuisə çatan olmazdı, Valensiyada Fettel əlçatmaz idi, Sinqapurda və Abu Dabidə yenə də Lyuis birinci olmalıydı.

Ona görə də bütün probloemləri bir kənara qoysaq, maşın və sürücü cütlüyünün daha real rəqabətədavamlı təhlilini alarıq. Mövsümün son yarışı ərəfəsində Fettel Həmiltonu cəmi 13 xal qabaqlayardı, Alonso isə liderə 56 xal uduzaraq mübarizədən kənar qalardı.

Braziliya ayrışının nəticələrini nəzərə almaqla, demək olar ki, çempion yenə də Fettel olardi – 298 xalla 277 xalı olan Həmiltonu qabaqlayardı. Amma Lyuisin yarışdan kənar qaldığı ana qədər – əgər Lyuis son yarışda qələbə qazansaydı, onda 302 xalla birinci olardı, çünki Fettelin bu halda 296 xalı olardı, əgər Uebber onu buraxsaydı 298.

Əgər Hülkenberq Həmiltonu yarışdan kənar etməsəydi, sadəcə qabaqlasaydı, onda Lyuisin 295 xalı olardı və bu halda 1 və 3 xalla titulu əldən verərdi. Amma kim təminat verə bilər ki, yalnız yarışda qələbənin titul gətirəcəyini başa düşən Lyuis Nikonu tək buraxacaq? Lyuis finişə qədər qalmış 17 dövrənin hər bir döngəsində almaniyalı sürücüyə hücum edərdi. Onda Braziliya yarışı bizim gördüyümüzdən də maarqlı alınardı.

Hərçənd, Hülkenberqin liderlərin mübarizəsinə girişib-girişməməsi də sual alıtındadır, bəlkə də elə ikinci yerlə razılaşardı.

Göründüyü kimi, bu halda Alonso və Ferrarinin mövsümün son yarışına qədər titul uğrunda mübarizə aparmaq imkanı yox idi, amma dünya çempionatın nəticələri göstərir ki, Ferrari-nin etibarlılıq problemləri yox idi, McLaren-də isə bu problemlər olduqca çox idi…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 361
Teqlər , , , , , , ,
Paylaş

logo