22 Noyabr 2019, Cümə - 14:16

Kanada Qran Prisi: Yarış

Kanada Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:12 - 11 İyun, 2013

Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +30° C Cümə və şənbə günləri Kanada trasını yağış yuyub, asfalt işlənmiş […]

Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +30° C

Cümə və şənbə günləri Kanada trasını yağış yuyub, asfalt işlənmiş rezinlə örtülməyib və bazar günü onun vəziyyəti elə də yaxşı olmayıb. Uik-endin gedişində yalnız bir məşq sessiyası quru havada baş tutub, komandalar iki slik tərkibinin effektliyini layiqincə qiymətləndirə bilmədikləri üçün strategiya seçimində əminlik olmayıb.

Dünən sıralanma turu da nəm asfaltda keçib, ona görə də yarış üçün hamı kifayət qədər təzə slik təkər dəstinə malik olub və yarışın ilk mərhələsində hamının təkər seçimi azad idi – komandalar optimal seçim axtarışında olublar.

Sebastyan Fettel karyerasında 39-cu, mövsümdə isə 3-cü poulunu qazanıb. Onunla birlikdə ilk cərgədən start almaq şərəfinə Lyuis Həmilton nail olub. 3-cü yeri isə heç kimin gözləmədiyi Valtteri Bottas tutub.

Üç sürücü startda yer itirməli olub: Roman Qrojan iki həftə əvvəl Monakodakı qəzasına görə 10 yer, Rəykkönen və Rikkardo isə sıralanma turunda pit-leyn düzümünü pozduqlarına görə 2 yer itirmək cəzası almışdılar, amma faktiki olaraq Roman 3 yer, Kimi və Daniel isə 1 yer itiriblər.

Nəticədə yarışın ilk hissəsinə Medium tərkibini di Resta, Byanki, Çilton və Qrojan seçiblər, digər sürücülər isə SuperSoft tərkibinə üstünlük veriblər.

Start insidentsiz ötüşüb. Fettel poulun üstünlüyünü saxlayıb, Bottas iki mövqe itirib, Rikkardo Rəykköneni qabaqlayıb. 2-ci dövrədə Alonso Bottası, Massa isə Batton və Maldonadonu üstələyiblər. 3-cü dövrənin sonunda ilk onluq: Fettel – Həmilton – Rosberq – Uebber – Alonso – Bottas – Vern – Sutil – Rikardo – Rəykkönen.

6-cı dövrədə Vern Bottası qabaqlayıb, fürsətdən istifadə edən Sutil də finlandiyalı sürücüyə hücuma keçib, amma almaniyalı sürücünün maşını yerində 360 dərəcə fırlandıqdan sonra yoluna davam edib. 9-cu dövrədə Massa əvvəlcə Peresi, sonra isə Hülkenberqi ötüb. Rikkardonun arxasında böyük qrup toplanıb, avstraliyalı sürücünü əvvəlcə Rəykkönen keçib, sonra Daniel boksa dönməzdən əvvəl Massa da onu keçib.

13-cü dövrədə Rikkardo, Hülkenberq və Maldonado, 14-cü dövrədə Uebber, Vern və Peres, 15-ci dövrədə Rosberq və Bottas, 16-cı dövrədə Fettel və Alonso, 18-ci dövrədə Massa, 19-cu dövrədə Həmilton ilk pit-stoplarını reallaşdırıblar. Sutilə arxadan çırpıldığı üçün Maldonado pit-leyndən keçmək cəzası alıb – 18-ci dövrədə Pastor cəzasını çəkib. 20-ci dövrədə Massa Qutyerresi keçib, 21-ci dövrədə Maldonado və Peres də Estebanı qabaqlayıblar.

23-cü dövrədə Rəykkönen boksa yollanıb və Lotus mexanikləri vaxt itiriblər, 24-cü dövrədə Sutil və Massa Battonu üstələyiblər. Felipe bir neçə dəfə Adriana hücum etsə də, almaniyalı sürücü məharətlə müdafiə olunub. 28-ci dövrədə Batton boksa yollanıb. 31-cü dövrədə uzun sürən mübarizədən sonra Uebber və Alonso Rosberqi keçə biliblər və Niko peletonda ilk olaraq ikinci pit-stopuna yollanıb. Bu zaman Fettelin Həmilton üzərində üstünlüyü 18 saniyəyə çatıb – liderlə eyni dövrədə yalnız 11 sürücü qalıb. 35-ci dövrədə ilk onluq: Fettel – Həmilton – Uebber – Alonso – Rosberq – Vern – di Resta – Qrojan – Sutil – Massa. Di Resta və Qrojan hələ pit-stop keçirməmişdilər.

Uebber van der Qardeni bir dövrə qabaqlayarkən maşınlar arasında təmas yaşanıb və Markın maşınında ön antiqanadın bəzi elementləri sınıb – stüardlardan hollandiyalı sürücüyə 10 saniyəlik Stop&Go cəriməsi gəlib. 42-ci dövrədə Alonso Uebberi üstələyərək 3-cü yerə yüksəlib.

43-cü dövrədə Massa pit-stop keçirib, 44-cü dövrədə Qrojan ilk pit-stopuna yollanıb, 45-ci dövrədə Peres, 47-ci dövrədə Uebber, 48-ci dövrədə Alonso, 49-cu dövrədə Həmilton, 50-ci dövrədə Fettel yeni təkər dəsti alıblar. Van der Qarde və Hülkenberq arasında təmas yaşanıb və hər iki sürücü mübarizəni dayandırıb. 51-ci dövrədə ilk onluq: Fettel – Həmilton – Alonso – Uebber – Rosberq – Vern – di Resta – Sutil – Rəykkönen – Qrojan.

52-ci dövrədə Fettel şikananı kəsib, amma 4 saniyə itirərək yoluna davam edib. 55-ci dövrədə Qrojan yenidən pitə yollanıb, 57-ci dövrədə di Resta özünün ilk pit-stopunu gerçəkləşdirib. 58-ci dövrədə Rosberq 3-cü, Vern isə 2-ci pit-stopunu keçiriblər.

Sutil uzun müddət Həmilton-Alonso cütlüyünü irəli buraxmayıb və stüardlar tərəfindən mavi bayraqlara məhəl qoymadığı üşün pit-leyndən keçmək cəzası alıb. Fernando Lyuisə aktiv pressinq tətbiq etməyə başlayıb və 63-cü dövrədə irəli çıxıb. Həmilton əks hücuma keçib, maşınlar arasında kiçik təmas yaşanıb, amma hər iki sürücü yoluna davam edib.

66-cı dövrədə Qutyerres mübarizədən kənar qalıb – sürücü boksdan çıxarkən ön təkərləri bloka salıb və döngəyə girə bilməyib. 69-cu dövrədə Massa Rəykköneni qabaqlayaraq 8-ci yerə yüksəlib.

Sebastyan Fettel Kanada Qran Prisində inamlı qələbə qazanıb – liderlə bir dövrədə yarışı yalnız 4 sürücü başa vurub. Almaniyalı sürücü karyerasında 29-cu, mövsümdə isə 3-cü qələbəsinə sevinib. Fernando Alonso 6-cı yerdən start alarkən itkilərini minimuma endirərək finişdə 2-ci olub, Lyuis Həmilton podiumu tamamlayıb.

Jan Erik Vern 6-cı olmaqla karyerasının ən yaxşı nəticəsinə imza atıb, Williams komandası isə ardıcıl 7-ci yarışında xal qazana bilməyib. Alonso 90-cı podiumunu qazanıb, Rəykkönen isə ardıcıl 24-cü yarışında xal qazanmaqla Mixael Şumaherin nəticəsini təkrarlayıb.

Üç həftədən sonra mübarizə Silverstounda davam edəcək!

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.32:09.143
02F.AlonsoFerrariFerrari+ 0:14.408
03L.HəmiltonMercedes AMGMercedes+ 0:15.942
04M.UebberRed BullRenault+ 0:25.731
05N.RosberqMercedes AMGMercedes+ 1:09.725
06J.E.VernToro RossoFerrari+ 1 dövrə
07P.di RestaForce İndiaMercedes+ 1 dövrə
08F.MassaFerrariFerrari+ 1 dövrə
09K.RəykkönenLotusRenault+ 1 dövrə
10A.SutilForce İndiaMercedes+ 1 dövrə
11S.PeresMcLarenMercedes+ 1 dövrə
12C.BattonMcLarenMercedes+ 1 dövrə
13R.QrojanLotusRenault+ 1 dövrə
14V.BottasWilliamsRenault+ 1 dövrə
15D.RikkardoToro RossoFerrari+ 2 dövrə
16P.MaldonadoWilliamsRenault+ 2 dövrə
17J.ByankiMarussiaCosworth+ 2 dövrə
18Ş.PikCaterhamRenault+ 3 dövrə
19M.ÇiltonMarussiaCosworth+ 3 dövrə
20E.QutyerresSauberFerrari+ 7 dövrə
N.HülkenberqSauberFerrari
Q.van der QardeCaterhamRenault

Sürətli dövrə: Mark Uebber (Red Bull) – 1:16.182 (69-cu dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault132
02F.AlonsoFerrariFerrari96
03K.RəykkönenLotusRenault88
04L.HəmiltonMercedes AMGMercedes77
05M.UebberRed BullRenault69
06N.RosberqMercedes AMGMercedes57
07F.MassaFerrariFerrari49
08P.di RestaForce İndiaMercedes34
09R.QrojanLotusRenault26
10C.BattonMcLarenMercedes25
11A.SutilForce İndiaMercedes17
12J.E.VernToro RossoFerrari13
13S.PeresMcLarenMercedes12
14D.RikkardoToro RossoFerrari7
15N.HülkenberqSauberFerrari5
16E.QutyerresSauberFerrari0
17V.BottasWilliamsRenault0
18P.MaldonadoWilliamsRenault0
19J.ByankiMarussiaCosworth0
20Ş.PikCaterhamRenault0
21M.ÇiltonMarussiaCosworth0
22Q.van der QardeCaterhamRenault0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault201
02FerrariFerrari145
03Mercedes AMGMercedes134
04LotusRenault114
05Force İndiaMercedes51
06McLarenMercedes37
07Toro RossoFerrari20
08SauberFerrari5
09WilliamsRenault0
10MarussiaCosworth0
11CaterhamRenault0

Kanada Qran Prisi: Yarış

Kanada Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:01 - 14 İyun, 2012

Quru. Günəşli. Havanın temperaturu +28° C, trasın temperaturu +45° C Kanada Qran Prisinin startında sürücülərindüzümü maarqlı alınıb – komandalar maşınları […]

Quru. Günəşli. Havanın temperaturu +28° C, trasın temperaturu +45° C

Kanada Qran Prisinin startında sürücülərindüzümü maarqlı alınıb – komandalar maşınları təkmilləşdiriblər, mövsümdə ilk dəfə maşınlar sfalta yatma qüvvəsnin aşağı səviyyəsinə köklənib, həm də artıq sürücülər yeni Pirelli təkərlərinə öyrəşiblər.

Sıralanma turunda Sebastyan Fettel inamlı qələbə qazanıb və Lyuis Həmiltonu 0.3 saniyə qabaqlayıb, Sebastyanın arxasında mübarizə çox gərgin və sıx olub.

İlk onluqda yalnız Censon Batton Soft təkərlərlə starta çıxmağı qərara alıb. Startda heç bir insident yaşanmayıb və ilk altılıq mövqelərini qoruyub, di Resta isə Qrojanı qabaqlayıb. 2-ci dövrədə Massa Rosberqi keçib, növbəti dövrədə isə di Resta Rosberqi ötüb. Fettel bu zamana Lyuisi artıq 1.4 saniyə qabaqlayıb.

5-ci dövrədə ilk onluq: Fettel – Həmilton – Alonso – Uebber – Massa – di Resta – Rosberq – Qrojan – Şumaher – Batton. Massa yerində fırlanıb və 12-ci yerə düşüb. Peleton uzanıb, sürücülər təkərləri qoruyaraq mübarizəni son hissəyə saxlayıblar.

13-cü dövrədə Massa ilk pit-stopu reallaşdırıb, 14-cü dövrədə di Resta və Şumaher təkərlərini dəyişiblər. 15-ci dövrədə Rəykkönen Battonu qabaqlayaraq 7-ci yerə yüksəlib, növbəti dövrədə Batton boksa tələsib. Həmilton Fettelə hücum məsafəsinə yaxınlaşıb, amma Sebastyan pitəüz tutub və Soft təkərlərinə keçib.

Növbəti dövrədə Həmilton və Uebber pit-stop keçiriblər və Lyuis trasa Sebastyanın önündə qayıdıb. Trasda lider qalan Alonso iki sürətli dövrədən sonra mexaniklərinin qonağı olub və trasa lider kimi də qayıdıb. Amma elə həmin dövrənin sonunda Lyuis DRS-in köməyi ilə liderliyi ələ alıb.

24-cü dövrədə Kartikeyan birinci döngədə trasdan çıxaraq yarışdan xaric qalıb. Bir neçə dövrədən sonra Pedro de la Rosa boksda maşınını saxlayıb.

Rəykkönen, Peres və Maldonado ilk pit-stoplarını ləngidiblər. Pastor 30-cu, Kimi 40-cı, Serxio isə 41-ci dövrədə SuperSoft təkərlərə keçiblər – Serxio trasa Kiminin önündə qayıdıb.

43-cü dövrədə ilk onluq: Həmilton – Alonso – Fettel – Uebber – Qrojan – Massa – Peres – Rosberq – Rəykkönen – di Resta.

43-cü dövrədə Şumaher ikinci pit-stopunu gerçəkləşdirib – mexaniklər açıq vəziyyətdə qalmış arxa antiqanadın hərəkətli elementini düzəltməyə çalışıblar, trasa qayıdan Mixael bir dövrədən sonra boksa qayıdıb və mübarizəni dayandırıb. 46-cı dövrədə Jan Erik Vern pit-leyndə sürət limitini aşdığı üçün pit-leyndən keçməklə cərimələnib.

50-ci dövrədə Həmilton ikinci dəfə boksa üz tutub, 53-cü dövrədə Uebber eyni addımı atıb. Lyuis tempi artıraraq Alonso və Fettelə çatmağa çalışıb.

Yarışın taleyi son dövrələrdə həll olunub. 62-ci dövrədə Həmilton Fetteli qabaqlayıb, növbəti dövrədə Fettel də boksa yönəlib. 65-ci dövrədə Lyuis Fernandonu keçərək liderliyi özünə qaytarıb. Ferrari sürücüsünün yeyilmiş təkərlərdə sürəti aşağı düşüb və onu əvvəlcə Qrojan, daha sonra isə Peres keçiblər. Finişə 2 dövrə qalmış Fettel təzə təkərlərlə sürətli dövrələrə imza atmaqla Alonsonu keçib.

Həmilton çox gözəl qələbə qazanıb və karyerasında 18-ci qələbəsini rəsmiləşdirib. Lyuis mövsümün 7-ci yarışında 7-ci qalib olub, bu qələbə sayəsində britaniyalı sürücü çempionatda liderliyi də ələ keçirib…

YerPilotKomandaMotorVaxt
01L.HəmiltonMcLarenMercedes1.32:29.586
02R.QrojanLotusRenault+ 0:02.513
03S.PeresSauberFerrari+ 0:05.260
04S.FettelRed BullRenault+ 0:07.295
05F.AlonsoFerrariFerrari+ 0:13.411
06N.RosberqMercedes AMGMercedes+ 0:13.842
07M.UebberRed BullRenault+ 0:15.085
08K.RəykkönenLotusRenault+ 0:15.567
09K.KobayaşiSauberFerrari+ 0:24.432
10F.MassaFerrariFerrari+ 0:25.272
11P.di RestaForce İndiaMercedes+ 0:37.693
12N.HülkenberqForce İndiaMercedes+ 0:46.236
13P.MaldonadoWilliamsRenault+ 0:47.052
14D.RikkardoToro RossoFerrari+ 1:04.475
15J.E.VernToro RossoFerrari+ 1 dövrə
16C.BattonMcLarenMercedes+ 1 dövrə
17B.SennaWilliamsRenault+ 1 dövrə
18H.KovalaynenCaterhamRenault+ 1 dövrə
19V.PetrovCaterhamRenault+ 1 dövrə
20Ş.PikMarussiaCosworth+ 3 dövrə
T.QlokMarussiaCosworth
M.ŞumaherMercedes AMGMercedes
P.de la RosaHRTCosworth
N.KartikeyanHRTCosworth

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:15.752 (70-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01L.HəmiltonMcLarenMercedes88
02F.AlonsoFerrariFerrari86
03S.FettelRed BullRenault85
04M.UebberRed BullRenault79
05N.RosberqMercedes AMGMercedes67
06K.RəykkönenLotusRenault55
07R.QrojanLotusRenault53
08C.BattonMcLarenMercedes45
09S.PeresSauberFerrari37
10P.MaldonadoWilliamsRenault29
11K.KobayaşiSauberFerrari21
12P.di RestaForce İndiaMercedes21
13B.SennaWilliamsRenault15
14F.MassaFerrariFerrari11
15N.HülkenberqForce İndiaMercedes7
16J.E.VernToro RossoFerrari4
17D.RikkardoToro RossoFerrari2
18M.ŞumaherMercedes AMGMercedes2
19H.KovalaynenCaterhamRenault0
20T.QlokMarussiaCosworth0
21Ş.PikMarussiaCosworth0
22N.KartikeyanHRTCosworth0
23V.PetrovCaterhamRenault0
24P.de la RosaHRTCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault164
02McLarenMercedes133
03LotusRenault108
04FerrariFerrari97
05Mercedes AMGMercedes69
06SauberFerrari58
07WilliamsRenault44
08Force İndiaMercedes28
09Toro RossoFerrari6
10CaterhamRenault0
11MarussiaCosworth0
12HRTCosworth0

Kanada Qran Prisi: Yarış

Kanada Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:48 - 13 İyun, 2011

Buludlu. Yağış, qurumaqda olan tras, yarışın sonunda quru tras. Havanın temperaturu +19° C, trasın temperaturu +18° C Cümə və şənbə […]

Buludlu. Yağış, qurumaqda olan tras, yarışın sonunda quru tras. Havanın temperaturu +19° C, trasın temperaturu +18° C

Cümə və şənbə günləri sürücülər quru trasda işləmişdilər, amma bazar günü səhər tezdən yağış başlayıb. Startdan əvvəl FİA komandalara maşınlarda müəyyən düzəlişlər etməyə icazə verib, amma komandaların əksəriyyəti artıq dünəndən yağışa hazırlaşmışdlar.

Trasda su gözləinlidyindən çox olub, maşınlar boksdan trasa çıxarkən sürüşdükləri üçün FİA Təhlükəsizlik Maşınının (TM) arxasında starta qərar verib, TM sürücüləri beşinci dövrəyə qədər arxasında saxlayıb.

Restartda Həmilton və Uebber dördüncü yer uğrunda mübarizədə toqquşublar, hər iki sürücü mövqe itirərək yarışa davam ediblər. Bir neçə dövrədən sonra Həmilton Battona hücum edib, Censon komanda yoldaşına start-finiş düzlüyündə yer qoymayıb və Lyuis divara çırpılıb. Maşın təhlükəli yerdə saxlandığı üçün trasa yenidən TM çıxıb. Bu zaman Batton boksa yollanıb və keçid təkərlərini alıb, amma TM-in arxasında sürət həddini aşdığı üçün pit-leyndən keçməklə cərimə olunub.

İkinci restartdan sonra Fettel yenə də Alonso və Massadan uzaqlaşmağa başlayıb, Batton isə keçid təkərləri ilə mövqeni mövqe ardınca qaytarmağa başlayıb – digər komandalar da görüblər ki, keçid təkərləri ciddi üstünlük təmin edirlər. Ona görə də tezliklə Sutil, Alonso, Rosberq və Şumaher pitə tələsiblər, amma bir dövrədən sonra yağan yağış bu sürücülərin planlarını alt-üst edib – onlar yenidən güclü yağış təkərlərinə qayıtmalı olublar.

Yağış getdikcə güclənib və əsil leysana çevrilib və 25-ci dövrədə yarış qırmızı bayraqlarla dayandırılıb, bu zaman ilk onluq aşağıdakı kimi olub: Fettel, Kobayaşi, Massa, Haydfeld, Petrov, di Resta, Uebber, Alonso, de la Rosa.

Trasa suyu qovmaq üçün xüsusi maşınlar çıxarılıb – bəzi döngələrdə drenaj sistemi su axınının öhdəsindən gələ bilməyib. Yerli vaxtla saat 13:45-də saxlanılmış yarışa 15:50-də restart verilib.

Peletona yenidən TM başçılıq edib, sürücülər yağış təkərləri ilə trasa qayıdıblar. Kovalaynenin maşını sürətini itirib və finlandiyalı sürücü boksa qayıdıb. Trasın vəziyyəti yaxşılaşdığından D’Ambrozio elə TM-in arxasında keçid təkərləri taxmağa qərar verib və buna görə pit-leyndən keçməklə cəzalandırılıb. Yalnız 35-ci dövrədən sonra sürücülər mübarizəni canlandırıblar – Massa Kobayaşiyə hücum edib, braziliyalı sürücü önə çıxsa da, yaponiyalı sürücü mövqeyini qaytara bilib. Sürücülər bir daha keçid təkərlər üçün bokslara tələsiblər.

37-ci dövrədə Alonso və Batton dördüncü döngənin girişində toqquşublar, Ferrari porebrikin üzrəində ilişib qalıb və TM yenidən trasa çıxıb. Fernando yarışdan kənar qalıb, Censon isə partlamış təkərini dəyişmək üçün boksa tələsib, keçid təkərləri taxdıqdan sonra sonuncu 21-ci yerdə trasa qayıdıb. TM-in arxasında ilk onluq: Fettel, Kobayaşi, Massa, Haydfeld, di Resta, Uebber, Şumaher, Petrov, Rosberq, Sutil.

41-ci dövrədə növbəti restart verilib və Fettel yenə də rəqiblərindən uzaqlaşmağa başlayıb. Şumaher Uebberi qabaqlayıb, di Resta və Haydfeld təmas yaşayıblar və Pol burun elementini dəyişmək üçün boksa yollanıb. 51-ci dövrədə Kamui səhvə yol verib, Felipe onu keçmək istəyərkən Mixael Şumaher vəziyyətdən yararlanaraq hər iki sürücünü keçib.

Sürücülər yavaş-yavaş sliklərə keçməyə başlayıblar – Uebber, Massa, Şumaher, Haydfeld, Fettel, Petrov. Massa qurumuş trayektoriyadan kənara çıxdığı üçün divara toxunub və qırılmış burun elementini dəyişmək üçün bir daha boksa yönəlib.

56-cı dövrədə Haydfeld Kobayaşiyə hücuma keçib və arxadan ona çırpılıb, burun elementi maşının altına düşdüyü üçün Nik idarəetməni itirib və trasdan çıxıb. Tras isə karbon qırıntıları ilə dolduğu üçün trasa TM çıxıb, ilk onluq: Fettel, Şumaher, Uebber, Batton, Kobayaşi, Petrov, Barrikello, Algersuari, Rosberq, Maldonado.

61-ci dövrədə növbəti restart verilib, Fettel yenə də uzaqlşamğa başlayıb, Şumaher, Uebber və Batton çox sıx mübarizə aparıblar. Markla Mixael bir neçə dəfə mövqelərini dəyişiblər, amma sonda Batton əvvəlcə Uebberi, sonra isə Şumaheri keçərək Fettelin arxasınca tələsib. 68-ci dövrədə Mark Mixaeli qabaqlayaraq üçüncülüyə yüksəlib.

Fettel və Batton sürətlərini artırıblar, növbə ilə sürətli dövrələrə imza atıblar, fərqi bir saniyənin altına salan Censon son iki dövrədə DRS-dən də istifadə edib. Sonuncu dövrənin altıncı döngəsində Fettel səhvə yol verib və Batton liderliyi ələ alıb. Dünya çempionatı tarixində ən uzun sürən yarışın (4:04:39.537) qalibi britaniyalı sürücü olub, bu, Censonun karyerasında 10-cu qələbəsidir.

Bu qələbədən sonra Censon çempionatda ikinci pilləyə yüksəlib, çempionatın lideri Sebastyan isə yarışı ikinci yerdə başa vursa da, çempionatda ikinci yerlə fərqi 60 xala çatdırıb. Mühəndislər Kubokunda Red Bull liderliyini davam etdirir, komandanın hesabında 255 xal var. Növbəti yarış iki həftədən sonra Valensiyada keçirilən Avropa Qran Prisi olacaq…

YerPilotKomandaMotorVaxt
01C.BattonMcLarenMercedes4.04:39.537
02S.FettelRed BullRenault+ 0:02.709
03M.UebberRed BullRenault+ 0:13.828
04M.ŞumaherMercedes GPMercedes+ 0:14.219
05V.PetrovLotus Renault GPRenault+ 0:20.395
06F.MassaFerrariFerrari+ 0:33.225
07K.KobayaşiSauberFerrari+ 0:33.270
08X.AlgersuariToro RossoFerrari+ 0:35.964
09R.BarrikelloWilliamsCosworth+ 0:45.117
10S.BuemiToro RossoFerrari+ 0:47.056
11N.RosberqMercedes GPMercedes+ 0:50.454
12P.de la RosaSauberFerrari+ 1:03.607
13V.LiutsiHispaniaCosworth+ 1 dövrə
14J.D’AmbrozioMarussia VirginCosworth+ 1 dövrə
15T.QlokMarussia VirginCosworth+ 1 dövrə
16Y.TrulliTeam LotusRenault+ 1 dövrə
17N.KartikeyanHispaniaCosworth+ 1 dövrə
18P.di RestaForce İndiaMercedes+ 3 dövrə
P.MaldonadoWilliamsCoswort
N.HaydfeldLotus Renault GPRenault
A.SutilForce İndiaMercedes
F.AlonsoFerrariFerrari
H.KovalaynenTeam LotusRenault
L.HəmiltonMcLarenMercedes

Sürətli dövrə: Censon Batton (McLaren) – 1:16.956 (69-cu dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault161
02C.BattonMcLarenMercedes101
03M.UebberRed BullRenault94
04L.HəmiltonMcLarenMercede85
05F.AlonsoFerrariFerrari69
06F.MassaFerrariFerrari32
07V.PetrovLotus Renault GPRenault31
08N.HaydfeldLotus Renault GPRenault29
09M.ŞumaherMercedes GPMercedes26
10N.RosberqMercedes GPMercedes26
11K.KobayaşiSauberFerrari25
12A.SutilForce İndiaMercedes8
13S.BuemiToro RossoFerrari8
14X.AlgersuariToro RossoFerrari4
15R.BarrikelloWilliamsCosworth4
16S.PeresSauberFerrari2
17P.di RestaForce İndiaMercedes2
18P.de la RosaSauberFerrari0
19Y.TrulliTeam LotusRenault0
20V.LiutsiHispaniaCosworth0
21J.D’AmbrozioMarussia VirginCosworth0
22H.KovalaynenTeam LotusRenault0
23T.QlokMarussia VirginCosworth0
24P.MaldonadoWilliamsCoswort0
25N.KartikeyanHispaniaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault255
02McLarenMercedes186
03FerrariFerrari101
04Lotus Renault GPRenault60
05Mercedes GPMercedes52
06SauberFerrari27
07Toro RossoFerrari12
08Force İndiaMercedes10
09WilliamsCosworth4
10Team LotusRenault0
11HispaniaCosworth0
12Marussia VirginRenault0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 590
Teqlər , , , , ,
Paylaş

logo