2027-ci ildə sprint mərhələlərin sayı 10-a qədər arta bilər

Formula1 hələ 2027-ci il üçün təqvimini təqdim etməyib, lakin onunla bağlı təfərrüat tədricən ictimaiyyətə məlum olur. Belə ki, dünən Monzada elan edilib ki, İtaliya Qran Prisi şənbə günü sprint formatında keçiriləcək.

Görünür, Monza builki altı sprint mərhələsindən birini əvəz etməyəcək, əlavə mərhələ olacaq. Formula1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali 2027-ci ildə sprint mərhələlərinin sayının artacağını bildirib. Britaniyanın Sky Sports kanalının məlumatına görə, gələn mövsümdə 9–10 sprint görəcəyik. Lakin bu, hələ rəsmi şəkildə təsdiqlənməyib.

Stefano Domenikali: “Əgər başlanğıca nəzər salsaq, sprintlər ilk ortaya çıxdığı vaxt bir çoxu etdiyimiz işə skeptik yanaşdı. Amma mən hesab edirəm ki, biz cəsarətli olmalıyıq, yeni yanaşmalar axtarmalı və ənənəvi çərçivədən çıxmaqdan qorxmamalıyıq.

Məncə, artıq təsir görünür. Cümə günü Silverstounda tribunaları 150 min azarkeş doldurduqda onlara trasdakı daha çox hadisəni izləmək imkanı təklif etməmək düzgün olmazdı. Buna görə də mən sprintlərin doğru yol olduğunu düşünürəm.

Biz artıq gələcəkdə daha çox sprint elan etmək üzərində çalışırıq. Bu, təqvimi təqdim edəndə çox yaxın vaxtda baş verəcək. Xəbərləri izləyin”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*