M.Ferstappen: Yaxşı start aldıq

Red Bull komandasının sürücüsü Maks ferstappen bildirib ki, aldıqları yaxşı start qələbədə önəmli rol oynayıb.

F-1.az xatırladır ki, niderlandlı sürücü startda Həmiltonu keçərək, Formula1 tarixinin ilk sprint yarışında qalib gəlib. Beləliklə, gənc sürücü sabahkı əsas yarışa da pouldan başlayacaq.

Maks Ferstappen: “Burada ötmə etmək çox çətindir, ancaq yaxşı start aldıq və birinci dövrədə Lyuisi qabaqladıq. Daha sonra tempimizi qorumağa çalışdıq. Bir-birimizi təzyiq altında saxladıq və buna görə təkərlər pis gündə idi. Sonlarda hər şeyi nəzarətdə saxlamağa çalışdıq. Üç xal qazandığımız üçün sevinirəm. Sabah bizi maraqlı mübarizə gözləyir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*