C.Batton Fetteli müdafiə edib

Sabiq Formula1 sürücüsü Censon Batton Kanadada cəza almış Fetteli müdafiə edib.

F-1.az xatırladır ki, Fettel yarışın 48-ci dövrəsində tras xaricinə çıxıb və geri dönən zaman Həmiltonu divara sıxdığı üçün 5 saniyə cəza alıb. Buna görə də finiş xəttini birinci yerdə keçdiyi halda, ikinciliyə razı olub.

Censon Batton: “Məyusedici haldır. İki böyük sürücü və iki çempion arasında mübarizə gedir və stüardlar buna əngəl olur. Bu, utancvericidir. Məncə, yarış insidentidir. Bəli, Seb səhv elədi. Amma orada 160 km/saat sürətlə gedir və bunu anlamalısınız. Bolidi saxlamaq mümkünsüzdür. Arxası sürüşərək trasa qayıtdı. Məncə, cəza lazım deyildi. Lakin bu; qərardır və tətbiq etdilər. Belə dar trasda bu cür enli maşınlarla birdən trasın digər trayektoriyasına keçirsiniz. Orada olmaq sizin seçiminiz deyil. Sebastyan da Lyuisə çırpılmaq istəmirdi. İkisi də əla yarışdı. Amma bu cəza yarışın ləzzətini öldürdü”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*