K.Horner Həmiltona meydan oxuyub

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Həmiltonun 13 mövsüm ərzində 6 Dünya Çempionluğu qazanması inanılmazdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü Ostində ikinci olaraq karyerası ərzində altıncı titulunu rəsmiləşdirib.

Kristian Horner: “Həmilton heyrətamiz uğur qazandı. 13 ildir ki, yarışır və bu müddətdə altı dəfə Dünya Çempionu olması inanılmazdır. Bu, fantastik performansdır. Britaniyada belə bir pilotun olması məni qürurlandırır. Lakin ona yeddinci Dünya Çempionluğunu qazanmağa imkan verməyəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*