Aston Martin AMR22-ni təqdim edib

Aston Martin komandası bazasında 2022-ci il bolidini təqdim edib.

F-1.az bildirir ki, Britaniya komandası Haas və Red Bull-dan fərqli olaraq əsl bolidi təqdim edib. Komanda gözlənildiyi kimi yaşıl rənglə yarışacaq və BWT ilə yollar ayrıldıqdan sonra bolidin üstündəki çəhrayı hissələr də yığışdırılıb. Əvəzində isə Ərəbistanın neft şirkəti Aramco ilə müqavilə bağlanıb.

Komandanın sürücüsü Sebastyan Fettel: “Mövsümlə bağlı bir söz deyə bilmərəm. Yeni reqlament var və hamı ümid edir ki, daha yaxşı iş görüb. Mən də beləyəm. Ancaq hədəfiniz qələbə olmasa, Formula1-də iştirak etməzsiniz”.

Komandanın sürücüsü Ləns Stroll: “Yeni reqlament yalnız Aston Martin üçün yox, bütün komandalar üçün fürsətdir. Daha yaxşı iş gördüyümüzə inanmalıyıq. Komandadakı hər kəs çox işlədi. Əsas məqsədimiz ön qrupa yaxınlaşmaqdır. Sebin də dediyi kimi trasa çıxmamış kimin güclü olduğunu deyə bilmərik. Bəhreyndəki sıralanma turuna qədər kimin harada olduğunu bilməyəcəyik. Komandamızda güclü mühəndislər var və əminəm ki, inkişaf edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*