F.Alonso: Bolid haqda yeni şeylər öyrənirik

Aston Martin komandasının sürücüsü Fernando Alonso ilk gündən sonra boliddən razıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü trasa planlaşdırılandan bir saat gec çıxsa da, yaxşı dövrə vurub və testlərin ilk gününü ikinci yerdə başa vurub.

Fernando Alonso: “AMR23 ilə ilk rəsmi testimdən razı qaldım və xoşbəxtəm. Komanda olaraq 100 dövrə vurduq. Kiçik problemlərə baxmayaraq, yaxşı başladıq.

Hələ fərqli şeylər sınayırıq. Buna görə də hər dövrə bizim üçün vacibdir. Trasa hər çıxa bolid haqda yeni şeylər öyrənirik. İlk addımlar həmişə maraqlı olur. İndiyə kimi hər şeydən həzz aldım. İlk gün topladığımız məlumatlarla sabah vəziyyəti yaxşılaşdıra bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*