21 Sentyabr 2019, Şənbə - 11:03

L.Peres Sala: “Alonso qalacaq”

L.Peres Sala: “Alonso qalacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

19:13 - 07 Mart, 2017

Sabiq Formula1 sürücüsü Luis Peres Sala bildirib ki, Alonso mövsümün sonunda Formula1-dən ayrılmayacaq.

F-1.az xatırladır ki, McLaren komandası mövsümə zəif başlayıb və buna görə də Alonsonun idmandakı gələcəyi artıq müzakirə mövzusuna çevrilib.

Luis Peres Sala: “Əminəm ki, 2017-ci il Fernando üçün son mövsüm olmayacaq. Yeni qaydalardan sonra McLaren Honda-nın əlinə uğur qazanmaq üçün fürsətlər keçəcək. Fernando Alonso iki dəfə Dünya Çempionu titulunu qazandıqdan sonra üçqncü dəfə bu uğuru qazanmaq üçün çox işlədi və hələ də bunu istəyir. Eyni motivasiya ilə yarışıb, bu hədəfini reallaşdırmağa çalışacaq. Önündə uzun illərin olduğuna inanıram. O, Formula1-dəki əfsanələrdən biridir və hamı ona hörmət etməlidir. McLaren-in ən çətin dövrlərində komandaya gəldi və bu layihə üçün işləyir. Komandanın imicini pozacaq hərəkət etməz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 695
Teqlər , ,
Paylaş

logo