10 Dekabr 2018, Bazar ertəsi - 08:19

F.Alonso: “Gözləntiləri qarşılayırıq”

F.Alonso: “Gözləntiləri qarşılayırıq”

Müəllif: Rauf Hacıyev, redaktor

14:07 - 13 Aprel, 2018

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, bu mövsüm gözləntiləri qarşılaya biliblər.

F-1.az xatırladır ki, McLaren komandası 22 xalla hazırda Mühəndislər Kubokunda 3-cü yerdədir. Alonso isə 16 xal toplayaraq, Fettel, Həmilton və Bottasdan sonra 4-cü yerdə qərarlaşıb.

Fernando Alonso: “İndiyə qədər hər şey gözlədiyimiz kimi gedir. Mühəndislərdə 3, sürücülər çempionatında 4-cü yerdəyik. İnsanların nə gözlədiyini bilmirəm. Nəticədə reqlament dəyişmədiyi üçün komandaların gücləri yenə də eynidir. Belə olan halda zirvəyə yüksəlmək asan olmazdı. Keçən il ilk 3 yarışdan sonra xalımız yox idi. Vandorn Bəhreyn yarışında start ala bilməmişdi. Bu il isə ilk iki yarışda tam heyətlə damalı bayrağı görmüşük. Gözəl başlamışıq. Hələki mexaniki problem yaşamamışıq. Pit-stoplarda da problem olmayıb. Hazırda ən problemsiz komanda McLaren-dir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 163
Teqlər ,
Paylaş

logo