Alonso və Bottas güc qurğusunun yeni elementlərini alıblar

Cümə günü səhər FIA Valtteri Bottas və Fernando Alonsonun maşınlarında güc qurğusunun elementlərinin dəyişdirildiyini təsdiqləyib.

Bottas icazə verilən dörd ədəd həddində üçüncü egzoz sistemini alıb və cərimələnməyəcək, Fernando üçün isə cərimə formal olaraq artacaq – o, dünən güc qurğusu dəyişdirildikdən sonra artıq 25 yer cərimə alıb, indi isə bu rəqəm daha beş pillə artacaq – ispaniyalıya icazə verilən üç ədəd həddində yeddinci enerji toplayıcısı quraşdırılıb.

Bununla belə, yerlərin sayının heç bir əhəmiyyəti yoxdur. Belə cərimə zamanı qüvvədə olan reqlamentə əsasən, sürücü sadəcə sonuncu yerdən start alır.

, , ,