V.Bottas Bakıda lider olmaq istəyir

Mercedes komandasının sürücüsü Valtteri Bottas növbəti Azərbaycan yarışında liderliyini bərpa etmək istəyir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümün ilk yarışl olan Avstraliyada inamlı qələbə qazansa da, Bəhreyn və Çində komanda yoldaşı Həmiltonun gerisində ikinci olub. Hazırda turnir cədvəlində beşqat Dünya Çempionundan 6 xal geridə qalan Bottas Bakıda yenidən liderliyə yüksəlməyi hədəfləyir: ”

Valtteri Bottas: “Çində qalib gəlmədiyimçün məyusam. Pouldan başlayırsınızsa, bir hədəfiniz olur. Məncə, Lyuis ilk pit-stoplara qədər sürətli idi, amma pitlərdən sonra öndə olsaydım, qələbə qazanardım. Amma hər şey startda həll olundu və məyusam. Həyat belədir. Ancaq mövsüm yeni başlayıb və liderdən bir neçə xal geridəyəm. Təbii ki, lider olmaq istəyərdim. Lakin gözəl performans göstərsəm, yenidən orada ola bilərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*