Alonso oturacaq sazlanması edib

İkiqat dünya çempionu dünən Alpine ilə son yarışını keçirib və bugündən gələcək komandası ilə ilk addımlarını atmağa başlayıb.

F-1.az xəbər verir ki, sürücü Aston Martin-də oturacaq sazlanması edib. Fernando AMR22 ilə bu həftə Əbu Dabidə testlərə qoşulacaq. Bu testlər 2023-cü ilin təkərlərini yoxlamaqla yanaşı, Alonso üçün həm də yeni komanda ilə tanışlıq üçün çox əhəmiyyətli olacaq.

, ,