Alpine yeni simulyatoru gözləyir

Komandanın r əhbəri hesab edir ki, nəticələrin sabit olmaması digər məsələlərlə yanaşı, müasir simulyatorun olmaması ilə bağlıdır.

F-1.az xatırladır ki, ilk beş yarışda cəmi 14 xal toplayan Alpine sürücüləri ən yaxşı halda səkkizinci yerə seviniblər. Keçən il dördüncü olan komandanın rəhbəri Safnauer uğursuzluğu həm də simulyatora bağlayır.

Otmar Safnauer: “Daha böyük komandalar daha yaxşı modelləşdirmə avadanlıqlarına malikdir. Həftəsonu başlamazdan əvvəl lazımi parametrləri qabaqcadan hesablamaq üçün bütün mövcud vasitələrdən istifadə edirsiniz. Beləliklə lazımi sazlanmalarla yarışa gəlməyinizə imkan verən modelləşdirmə alətləriniz işlədikdə həftə sonu yaxşı keçir. Yoxdursa, onlardan bir addım geridə başlayırıq, sürücülərdən rəy alırıq, düzəlişlər edirik və sonra inkişafa nail olmağa çalışırıq.

Biz yeni, müasir simulyator aldıq, bir il yarım və ya iki ildən sonra bizə lazım olan effekti verəcəkdir. Bizə daha dəqiq hesablamalarda kömək edə biləcək insanları işə götürmüşük – trasa çatmazdan əvvəl bütün bu əməliyyatları apara bilsəniz, sonra da dərhal işə başlaya bilərsiniz”.

Xatırladaq ki, komanda daxilində vəziyyət heç xoş deyil, Alpine-nin direktoru Loran Rossi komandanın idarəçilərindən, xüsusilə də Otmardan nəticələrə görə çox narazıdır və Mayami Qran Prisindən sonra bunu açıqca dilə gətirib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*