L.de Meo: Alonso mənə bənzəyir

Renault şirkətinin rəhbəri Luka de Meo bildirib ki, Fernando Alonso onlar üçün çox dəyərli varlıqdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü gələn il Renault ilə idmana qayıdacaq. 39 yaşlı pilot Formula1 karyerasındakı iki titulu 2005 və 2006-cı illərdə Fransız komandası ilə qazanıb.

Luka de Meo: “Yeni idealara və nəticələrə ehtiyacımız var. Buna görə də dünyaca məşhur Alonsonu komandaya gətirdik. O, təkbaşına bir markadır. Fernando ilə danışmışam. Çox motivasiyalıdır.

İspaniyadan gəlirəm. Onu orada çox sevirlər. Ancaq Cənubi Amerika ölkələrindən tutmuş dünyanın əksər ölkəsində əsl brend olub.

Doğma evinə qayıtmaq üçün çox motivasiyalıdır. Bir az mənə oxşayır. Karyerama Renault-da başladım və sonra buraya geri döndüm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*