F.Alonso: Mövsüm bitdiyi üçün sevinirəm

Alpine komandasının sürücüsü Fernando Alonso mövsümün bitməsinə sevinir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümün son yarışında da mexaniki problemə görə mübarizəni dayandırıb. Bu onun etibarsızlıq probleminə görə bitirə bilmədiyi altıncı yarış olub.

İkiqat Dünya Çempionu gələn mövsümdən etibarən Aston Martin-də yarışacaq.

Fernando Alonso: “Sebastyana hücum etmək istəmədim. Sadəcə arxasında vaxt keçirmək və yarışdan həzz almaq istədim. Əbu Dabidə ötmə etmək çətin olsa da, bazaları mükəmməldir. Hava da yaxşı idi, otelləri gözəldir. Buna görə də yarışın maraqsız keçməsini çox da vecimə almıram.

Mövsüm bitdiyi üçün sevinirəm. Bu il hər şey 14 nömrəli maşının başına gəlirdi. Altı dəfə mübarizəni dayandırdım. Avstraliyada problem yaşadım. Avstriyada sprint yarışına başlaya bilmədim. Doqquz ya da 10 yarışda etibarsızlıqla bağlı problem yaşadım. Bunu qəbul etmək çətindir. Artıq Aston Martin-lə edəcəyim testlər barədə düşünürəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*