F.Alonso: Aston Martin Alpine-i məğlub edəcək

Alpine komandasının sürücüsü Fernando Alonso inanır ki, Aston Martin gələn il daha güclü olacaq.

F-1.az xatırladır ki, ikiqat Dünya Çempionu gələn ildən etibarən Aston Martin-in şərəfini qoruyacaq.

Fernando Alonso: “100 faiz əminəm ki, Aston Martin gələn il Alpine-dən güclü olacaq. Əbu Dabidə onlarla ilk dəfə testə çıxacam və bu çox vacibdir. Düzdür, performans cəhətdən fərqi yoxdur, çünki gələn ilin maşınları fərqli olacaq. Amma oturacaq, sükan, düymələr və bəlkə də başqa dəyişdirmək istədiyim şeyləri orada biləcəm.

Bu il Aston Martin-də nəticələrə fikir vermirlər. Onlar trasa 4, 5 ya da 6-cı yer tutmaq üçün çıxmırlar. Məqsədləri titul qazanmaqdır və gələn il bunun üçün işləyəcəklər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*