Rəsmən: Alonsonun yeddinciliyi geri qaytarılıb

Alpine komandası Haas-ın protestinə qarşı verdiyi etirazı qazanıb və Alonsonun ABŞ-dakı yeddinciliyi bərpa olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün ABŞ yarışının sonlarında güzgüsü qırılmış və yarışdan sonra Haas komandası bunu protest etmişdi. Nəticədə ikiqat Dünya Çempionunun nəticəsinə 30 saniyə elavə olunmuş və o, 15-ci yerə geriləmişdi.

Alpine komandası bildirib ki, Alonsonun maşınına problemli demək düzgün deyil. Çünki belə olan halda peletonun əksəriyyətində bu cür problemlər tapmaq olar. Həm də yarış vaxtı FİA Alonsonun maşınında problem olduğu haqda xəbərdarlıq verməyib. Bundan başqa Haas protesti son tarixdən 24 dəqiqə sonra verib. Qeyd edək ki, FİA protest üçün Amerika komandasına 1 saat vaxt vermişdi.

FİA əvvəlcə Alpine-nin etirazını qəbul etməyib, çünki reqlamentə görə belə cəzaların etirazı qəbul olunmur. Buna görə də Fransız təmsilçisi Haas-ın etiraza 24 dəqiqə gecikdiyini vacib dəlil olaraq təqdim edib.

Alpine komandasının bu etirazı qəbul olunub. Meksikada yığılan məhkəmədə qərara alınıb ki, Haas komandası 30 dəqiqə ərzində əl yazısı ilə protesti təqdim edə bilərdi. Yəni ki, qaydaları yerinə yetirmək mümkünsüz deyildi. Buna görə də Haas komandasının etirazı rədd edilib və Alonsonun yeddinciliyi qaytarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*