Formula1 sürücüləri dopinq yoxlamadan keçiblər

2005-ci ildən FİA-nın bayrağı altında keçirilən bütün yarışlar Ümumdünya anti-dopinq agentliyinin (WADA) nəzarəti altında keçirilir. Nəticədə hər bir sürücü ildə […]

2005-ci ildən FİA-nın bayrağı altında keçirilən bütün yarışlar Ümumdünya anti-dopinq agentliyinin (WADA) nəzarəti altında keçirilir. Nəticədə hər bir sürücü ildə bir neçə dəfə bu təşkilatla görüşməli olur.

Bu gün bir neçə Formula1 sürücüsü zəruri yoxlamalardan keçib, kompyuterin ixtiyari seçimi ikiqat dünya çempionu Fernando Alonsonun, Serxio Peresin və Daniel Rikkardonun üzərində dayanıb. Agentliyin əməkdaşları səhər saat 6:42-də ispaniyalı sürücünün qapısını döyüblər, yoxlamadan bir qədər sonra Alonso Twitter-də azarkeşlərinə xəbər yayıb.

Digər iki sürücü də səhər tezdən yoxlamadan keçiblər. Rikkardo öz bloqunda çağrılmamış qonaqları belə şərh edib: “Başının üstündə kimsə duranda, analiz vermək çox çətindir!”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*