N.Hülkenberq Alonsonun Renault-ya keçməsini istəyir

Fernando Alonso McLaren-dəki vəziyyətdən narazı olduğunu açıq şəkildə ifadə edir və başqa komandaya keçid barədə düşünür. Lakin top-komandalardan birinə keçmək şansı o qədər çox deyil. İspan sürücü üçün əsas variantlardan biri tərkibində iki titul qazandığı Renault-ya qayıtmaqdır.

F-1.az bildirir ki, bu variantın Fernandonu qane edəcəyi hələ məlum deyil. Lakin Niko Hülkenberq onun komandaya gəlməsini istəyir.

Niko Hülkenberq: “Mən hesab edirəm ki, Fernandonun gəlişi əla olar. Təkcə komanda üçün yox, həm də mənim üçün. Mən dünyanın ən yaxşı sürücülərindən biri elə qüvvələrimi sınaya bilərəm. Məhz buna görə Formula1-də iştirak edirəm. Mən ondan çox şey öyrənərəm, o da Renault-nun layihəsinə ciddi kömək göstərə bilər. Alonsonun İndy500-də çıxışından təsirləndim. Mən onsuz da gözləmirdim ki, ilk cəhdində qalib gələr. Amma əla çıxış etdi və qələbə şansı var idi.

Fernandonun oradakı, mənim Le Mandakı çıxışım sübut etdi ki, Formula1 sürücülərinin səviyyəsi daha yüksəkdir. Biz başqa seriyalarda yarışanda qələbəyə əsas namizədlərdən oluruq. Başqa seriyada təcrübəmiz olmasa belə, yaxşı nəticə əldə edə bilirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*