F.Alonso: Balans problemi yaşayırıq

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, boliddə balans problemləri var.

F-1.az xatırladır ki, ispaniyalı sürücü birinci sərbəst yürüşlərdə su sızıntısı problemi yaşayıb. İkinci sessiyada isə yerində fırlanaraq, bariyerlərə təmas edib.

Fernando Alonso: “Bizim üçün asan gün deyildi. Məncə, yaxşı gün deyildi. İlk sessiyada problem yaşadıq və daha sonra yerimizdə fırlandıq. Boliddən maksimumu çıxara bilmədik və balans problemləri yaşayırıq. Görüləcək çox iş var. Deyəsən sızıntı var idi və sus sistemi ilə bağlı problem yaşadıq. Motor susuz işlədiyi üçün bolidi dayandırmalı olduq. Lakin uşaqlar problemi tez həll etdilər və ilk sessiyada yaxşı dövrələr vurduq. Amma hansı tkırlı çıxdıqsa, balans problemi yaşadıq. Balansdan narazıyam’.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*