Rəsmən: Fernando Alonso Monakoda yarışmayacaq

McLaren komandasının sürücüsü Fernando Alonso builki Monako Qran Prisində iştirak etməyəcək. Əvəzində Amerikadakı İndy500 yarışında gücünü sınayacaq.

Mütəxəssislər Monako yarışını bu il zəif olan McLaren komandası üçün ən yaxşı şans sayılırlar, amma belə görünür ki, İndy500 Alonso üçün daha cəlbedici olub.

F-1.az bildirir ki, uzun müddət davam edən gizli danışıqlardan sonra Alonso İndy500-də Andretti Autosport komandasında McLaren Honda adı ilə mübarizə aparacaq. Beləliklə, ispaniyalı sürücü ilk dəfə oval trasda yarışacaq və İndycar-dakı ilk mübarizəsini aparacaq.

Fernando Alonso: “Bu il McLaren Honda və Andretti Autosport ilə İndy500-dəki yarışda uğur qazanmaq üçün əlimdən gələni edəcəm. İndy500 yarışı 24 saatlıq Le Man marafonu və Monako Qran Prisi kimi avtoidman təqvimində ən populyar yarışlardandır. Bu il Monakoda iştirak edə bilməyəcəyim üçün məyusam. Amma Kanadada yenidən MCL32-nin sükanı arxasına keçəcəm. Daha əvvəl İndycar avtomobili idarə etmədim və eyni zamanda ovalda da yarışmamışam. Amma tez bir zamanda adaptasiya olacağıma əminəm.

Televizordan və internetdən çoxlu İndycar yarışı izləmişəm və 220 mil/saatla gedərkən digərlərilə yaxın olduğunuz üçün yaxşı hesablama aparmalısınız”.

Qeyd edək ki, Alonsonun yerinə ən ideal namizədin Censon Batton olduğu düşünülür…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*