Fernando 2022-ci ildə ən güclü ola bilər

Sabiq Formula1 sürücüsü Əntoni Devidson düşünür ki, Fernando Alonso 2022-ci il maşınlarına daha tez uyğunlaşacaq.

F-1.az xatırladır ki, idmandakı texniki reqlament tamamilə dəyişəcək və bütün komandalar hər şeyi sıfırdan hazırlamalıdırlar.

Əntoni Devidson: “Fernando keçən il gözlədiyimdən daha yaxşı idi. Ondan yaxşı şeylər gözləsəm də, mövsüm ərzində təsiredici performans göstərdi. Qətərdə başqa səviyyədə sürdü. İlk dövrədə Pyer Qasliyə xarici trayektoriyadan etdiyi hücum əla idi. Elə bil ki, keçmişdəki Fernandonu izləyirdik. 40 yaşı olsa da, performansını itirməyib. Bu, təsiredicidir.

Builki maşınlarla onun daha güclü olmasını gözləyirəm, çünki yeni reqlamentlə bütün sürücülər hər şeyə sıfırdan başlayacaqlar. Hamı mövsüm ərzində bolidi daha yaxşı anlayacaq. İnanıram ki, Fernando bunu digər sürücülərdən daha yaxşı edəcək. Sadəcə yaşına görə yox, həm də yarışdığı digər seriyalardakı təcrübəsinə görə. Onun gələn il necə olacağı mənə maraqlıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*