F.Massa: “Alonso getməyəcək”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Fernando Alonsonun McLaren-dən ayrılacağına inanmır.

F-1.az xatırladır ki, bəzi xəbərlərə əsasən, Fernando Alonso komandası McLaren-in pis çıxışına görə karyerasını bitirə bilər. Amma ispaniyalı sürücü ilə 4 mövsün komanda yoldaşı olmuş Felipe Massa bu iddialara inanmır: “Onun müqaviləsi var. Əgər indi ayrılsa, gələn ilə qədər heç nə edə bilməyəcək. Belə olan halda bunu niyə etsin? Əlbəttə hər şey ola bilər, amma orada qalıb müqaviləsinin bitməsini gözləyəcək. Əgər rəqabətədavamlı komandaya getmək istəyirsə, bu il mümkünsüzdür. Mövsümün ortasında gedərmi? Hər şey ola bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*